Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kuba və Venesuelanın suverenliyini unutmamağa çağırıb.
Bizimyol.info xəbər verir ki, bu barədə prezidentin sözçüsü orada Rusiya raketlərinin yerləşdirilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.
Peskov jurnalistlərə deyib: "Latın Amerikasında və s. orada biz hələ də suveren dövlətlərin olduğundan danışırıq, bunu unutmayaq".
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov "RTVI" telekanalına müsahibəsində Rusiya raketlərinin Kuba və Venesuelada yerləşdirilməsinin mümkünlüyü ilə bağlı suala cavab vrərkən iddianı nə təsdiq, nə də istisna etməyib.
Bizimyol.info