Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Metroda gənc tanımadığı qadını qatar relslərinə itələyib - Video
Metroda gənc tanımadığı qadını qatar relslərinə itələyib - Video

Dəhşətli hadisə Belçikanın paytaxtı Brüsseldə baş verib.

Bizimyol.info xəbər verir ki, Belçika mətbuatının verdiyi məlumata görə, gənc oğlan platformada qatar gözləyən, tanımadığı qadın sərnişini relslərin üzərinə itələyib.

Stansiyaya yaxınlaşan qatarın maşinisti qadının relslər üzərinə yıxıldığını görüb və təcili əyləci basaraq qatarı dayandırıb. Qatarın bir neçə metr aralıda dayanması ilə relsə yıxılan qadının həyatını xilas etmək mümkün olub.

Görüntülər Metro dayanacağındakı təhlükəsizlik kameralarına düşüb.

Görüntülərdə əks olunan gənc hadisə yerindən qaçmağa çalışıb. Bildirilib ki, polis tərəfindən yaxalanan gənc qadını “səbəb olmadan” relslərə itələdiyini deyib.

Qadının səhhətinin yaxşı olduğu bildirilir.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »