Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Maqnit fıtrınaları daha çox ürək damarlarına təsir edir"
"Maqnit fıtrınaları daha çox ürək damarlarına təsir edir"

Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu gün (Kp = 3-4), yanvarın 18-də isə CH HSS təsirinin zəifləməsi ilə sakit və qeyri-stabil səviyyə arasında (Kp=2-3) dəyişəcəyi gözlənilir. Məlumata görə, yanvarın 14-də Günəşdə baş vermiş tac kütlə atılması (CME) geomaqnit fəallığın artmasına səbəb ola bilər. Bununla əlaqədar olaraq yanvarın 17-də G1 maqnit qasırğasının baş verməsi ehtimal olunur.

Maqnit fırtınalarının insanlara təsiri barədə dəfələrlə müxtəlif araşdırmalar aparılıb. Elm adamları 2014-cü ildə Mexikoda maqnit fırtınasından əvvəl və sonra 18-27 yaşlı təzyiq xəstəsi olan qız-və kişilərin vəziyyətlərini müşahidə edib. Analiz, sistolik və diyastolik qan dövranı ilə atmosfer təzyiqi arasında olan dəyişikliklər və dünyanın maqnetik sahəsində olan pozuntular arasında güçlü bir əlaqə olduğu müşahidə edilib.

Terapevt Xatirə Əhmədova Bizimyol.info saytına açıqlamasında bildirib ki, maqnit fırtınaları insan sağlamlığı və psixikası üzərində böyük təsirə malikdir. Maqnit fırtınası zamanı sağlam bir insan birdən-birə özünü pis hiss edə bilər. Belə fıtrınalar daha çox ürək damarlarına təsir edir. Bu zaman insanlarda taxikardiya, nəfəs çatışmazlığı, baş gicəllənmə, əsəbilik və diqqətsizlik və yuxusuzluq müşahidə edilə bilər. Bu hallar daha çox meteohəssas insanlarda özünü biruzə edir.

Maqnit fırtınları psixikaya da təsirsiz ötüşmür. İnsan bədəninin qana təsir edən belə dəyişikliklərə uyğunlaşmaq üçün zamanı yoxdur. Və bu səbəblə də yaşlılar və immun sistemi zəif olanlar daha çox təsirlənir. Maqnit fırtınası zamanı insan bədəni bədənin stresə qarşı müqavimətini gücləndirən melotonin istehsalını azaldır. Bu da qan təzuiqinə yol acır. Bu səbbələ də maqnit qasırğaları müşahidə edilən günlərdə əksər insanlarda şiddətli baş ağrıları və nəfəs çatışmazlığı müşahidə edilir.

Maqnit qasırğaları təkcə insanlara deyil, torpaq və dəniz altından keçən fiber optik kabellərə də zərər verir. Araşdırma qrupunun üzvü ola Kaliforniya universitetinin alimi Sangetta Abdu Cotti qeyd edib ki, Dünyanın maqnetik sahəsi yer üzərindəki həyatı qoruyur, amma Günəşdən gələn güçlü maqnit fırtınası güclü zərərlərə səbəb ola bilər.

Qeyd edək ki, 1859 və 1921-ci ildə qeydə alınmış maqnit fırtınaları teelqraf xəttlərinə zərər vermişdi. Bu fəalkətin yenidən baş vermə ehtimalı 1,6-12 faizdir.

Cotti qeyd edib ki, əvvəlki Günəş maqnit fırtınalarında Günəş üzərindəki ləkələrin sayı 116 olsa da, indi bu 260-a çatıb. Mütəxəssis həmçinin bildirib ki, fiber optik kabellər daha çox Avropa və Amerika arasında olduğu üçün fırtınadan da bu ərazilər təsirlənə bilər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »