Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Poroşenko: Ukrayna hakimiyyəti sizdən qorxur
Poroşenko: Ukrayna hakimiyyəti sizdən qorxur

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko Varşavadan gəldiyi Kiyev hava limanında hakimiyyətin onu saxlamağa hazırlaşdığını, lakin onun tərəfdarlarından qorxduqlarını bildirib.

Bizimyol.info xəbər verir ki, bunu Poroşenko hava limanı yaxınlığındakı mitinqdə çıxışı zamanı bildirib.

“Bu gün bu bizim kiçik, lakin vacib olan ilk qələbəmizdir. Məni hava limanında saxlayacaqdılar. Lakin sizdən (tərəfdarlardan - red.) qorxdular, çünki siz güclüsünüz, böyüksünüz və qalib gəlməyi də bilirsiniz”, – deyə o qeyd edib.

Pyotr Poroşenko ölkənin hazırkı lideri Vladimir Zelenskinin hakimiyyətinə qarşı çıxanları birləşməyə çağırıb: "Biz burada Poroşenkonu qorumaq üçün deyilik. Biz birləşmək və Ukraynanı qorumaq üçün buradayıq".

O, ölkənin hazırkı hökumətinin nümayəndələrinin layiqli cəzasını alacaqlarına söz verib.

“Biz dövlətimizin təməlini qoymuşuq, onun dirçəlməsinə xidmət etmişik. Zelenskilər və Kolomoyskilər isə Ukraynanı məhv etməklə məşğuldurlar. Vergi ödəyicilərinin cibindən on milyonlarla dollar çıxarır, London və İtaliyada villalar tikirdilər. İndi də iqtidar, bizi vətənə xəyanətdə günahlandırırlar. Hamısı buna görə cavab verəcəklər”, - deyə o çıxışı zamanı hakimiyyəti hədələyib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »