Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Poroşenkonun olduğu təyyarə Varşavadan Kiyevə uçub
Poroşenkonun olduğu təyyarə Varşavadan Kiyevə uçub

Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun olduğu təyyarə Varşavadan Kiyevə uçub.

Bizimyol.info xəbər verir ki, bu barədə "RİA Novosti"yə Varşava Şopen hava limanından bildiriblər.

Poroşenko Ukraynaya qayıdır. Barəsində dövlətə xəyanətlə bağlı həbs-qətimkan tədbiri həyata keçiriləcəyi gözlənilir. Ukraynanın keçmiş dövlət başçısının tərəfdarları Poroşenkonun həbs edilməsinin qarşısını almaq üçün Kiyev hava limanında mitinq keçirmək istəyirlər.

Poroşenkonun vəkilləri də Kiyevin Peçerski Rayon Məhkəməsinin eks-prezidentin barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı müşavirəyə zorla gətirilməsi üçün onun həbsinə icazə verən qərarı təsdiqləyib. Eyni zamanda, müdafiə tərəfi əmin edir ki, Poroşenkonun saxlanması üçün heç bir əsas yoxdur, çünki o, gəldikdən sonra könüllü olaraq müvafiq məhkəmə iclasında iştirak etməyə hazırdır.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »