Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazarbayevin kürəkəni istefa verib
Nazarbayevin kürəkəni istefa verib

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin ortancıl qızının əri Dinara Timur Kulibayev “Atameken” Milli Sahibkarlar Palatasının rəyasət heyətinin sədri vəzifəsindən istefa verdiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında məlumat verib.

“Bu gündən etibarən “Atameken” Milli Sahibkarlar Palatasının rəyasət heyətinin sədri vəzifəsindən istefa vermək qərarına gəldim”, - deyə o yazıb. Açıqlamada Kulibayev həmkarlarına birgə fəaliyyətlərinə görə təşəkkür edib. O, istefasının səbəbini açıqlamayıb.

Kulibayev və həyat yoldaşı ölkənin ən böyük bankının - Qazaxıstanın "Halyk" Bankının sahibləridir. Qeyd edək ki, yanvarın 15-də Samruk-Kazyna Milli Sərvət Fondu “Kaztransoil” şirkətinin rəhbəri Dimaş Dosanov və "QazaqGaz" Milli Şirkətinin (keçmiş “KazTransGas”) rəhbəri Kayrat Şaripbayevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyi barədə məlumat vermişdik.

Beləliklə, son üç gün ərzində Nursultan Nazarbayevin kürəkənlərinin üçü də tutduqları vəzifələrdən istefa verdikləri məlum olub.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »