Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Avropaya qaz tədarükünün artırılması şərtini açıqlayıb
Rusiya Avropaya qaz tədarükünün artırılması şərtini açıqlayıb

Rusiya Avropaya qaz tədarükünü artıra bilər, ancaq müəyyən şərtlər yerinə yetirildikdə.

Bizimyol.info xəbər verir ki, “Kommersant”ın verdiyi məlumata görə, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.

Novakın qeyd edib ki, tədarüklər uzunmüddətli müqavilələr əsasında həyata keçirilməlidir, çünki hasilatın artımı uzun investisiya dövrünə malikdir.

"Biz təchiz edə bilərik, bizim böyük resurslarımız var, lakin istənilən istehsal investisiya layihəsidir və bu layihənin özünü doğrultması, investisiyaların cəlb edilməsi üçün vaxt tələb olunur. Ona görə də aydın marketinq siyasəti olmalıdır", - deyə Novak bildirib.

O xatırladıb ki, Rusiya həmişə uzunmüddətli müqavilələrin tərəfdarı olub.

Novak həmçinin Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birolun “Qazprom”a qarşı "Avropadakı enerji böhranında əli olması" ittihamlarını rədd edib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »