Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Kristal Abşeron” 400-dən artıq sakin üçün iftar süfrəsi təşkil etdi
Ramazan ayında birlik və bərabərliyi möhkəmləndirmək üçün bir-birindən gözəl tədbirlər keçirilir.

İnsanlara sərfəli şərtlər ilə müasir və konfortlu mənzillər bəxş edən “Kristal Abşeron” şirkəti də, 16 iyun 2017-ci il tarixində “Xırdalan 1” və “Xırdalan 2” layihələrinin sakinləri üçün iftar süfrəsi təşkil etmişdir.

İftar süfrəsində 400-dən artıq sakin iştirak edib və iftarı birlikdə keçirməyin xoşbəxtliyini yaşayıblar.

“Kristal Abşeron” şirkətindən bildirildi ki, Ramazan ayı birlik və bərabərliyin nümayiş etdirilməsi üçün önəmli bir fürsətdir: “Biz də müştərilərimiz və dostlarımızı iftar süfrəsində görüşdürərək bu birlik və bərabərliyə töhfə verdiyimizə ümid edirik. Tikdiyimiz yaşayış komplekslərində yaşayan insanlar bir ailədir. Çox şükür, ailəmiz günü-gündən böyüyür. Allah hər kəsin işini avand, rifah və səadətini daimi etsin".

İftar süfrəsi mehriban söhbət havasında keçib və dualar edilib.

“Kristal Abşeron” şirkəti Ramazan ayının bütün Azərbaycan xalqına xeyrlərə vəsilə olmasını arzulayır.

[gallery columns="1" size="large" ids="3828,3829,3830">

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Səfəvi səfillər
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
››› Şarl Mişel "Şərq Tərəfdaşlığı" proqramının pozitiv təsirinin olduğu ölkələri açıqlayıb
››› DİN Bakıda məktəbin qarşısında baş verən insidentə münasibət bildirib
Son xəbərlər
Bütün xəbərlər »