“Twitter” sosial media platforması ABŞ-ın keçmiş prezidenti Donald Trampı təhdid edən yazı dərc rtdiyinə görə İran lideri Ayətullah Əli Xameneinin hesabını bağlayıb.
Bizimyol.info xəbər verir ki, sosial platformada besabı klikləyənlər "Hesab dayandırıldı. Twitter Qaydalarını pozan hesabları dayandırır", - deyə xəbərdarlıqla qarşıblar.
İran lideri Xameneinin “xameneisite” adlı rəsmi internet saytı İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsinə göstəriş verən ABŞ-ın keçmiş prezidenti Trampın öldürülməsini əks etdirən animasiya paylaşdıqdan sonra “xameneisite” adlı rəsmi internet səhifəsi dayandırılıb.
Twitter platformasında bir çox dillərdə hesabı olan Xamneyinin digər hesabları bağlanmayıb.
Bizimyol.info