Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fermadan mal-qara oğurlayanlar tutulub
Fermadan mal-qara oğurlayanlar tutulub

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mal-qara oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, şöbəyə müraciət edən ferma sahibi ona məxsus təsərrüfatdan iribuynuzlu heyvanların oğurlandığını bildirib. Hadisəni törədən naməlum şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı üç nəfər Mingəçevir şəhər sakini – Vüsal Nəbiyev, Elməddin Qocayev və İsa Məmmədov cinayətdə şübhəli bilinərək saxlanılıblar. Onlar əməllərini etiraf edib və oğurladıqları mal-qaranı Bərdə rayonuna apararaq orada satdıqlarını bildiriblər. Tədbirlərin davamı olarq həmin iribuynuzlu heyvanlar isə satılan şəxsdən götürülərək sahibinə geri qaytarılıb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır.

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »