Moskvanın Tverskoy Rayon Məhkəməsi “REvil” haker qrupunun işi üzrə iki üzvü, Roman Muromski və Andrey Bessonovun həbs edilməsi ilə bağlı qərar verib.
Bizimyol.info xəbər verir ki, bu barədə Teleqram-kanalında paytaxt məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.
Hər iki şəxs martın 13-dək həbs-qətimkan tədbiri seçib. Onlar ödəniş vasitələrinin qanunsuz dövriyyəsində (CM-nin 187-ci maddəsinin 2-ci hissəsi) ittiham olunurlar.
Federal Təhlükəsizlik Xidməti bu gün "REvil" infrastrukturunun "ləğv edilməsi" və onun iştirakçılarının saxlanması barədə məlumat verib. FSB bildirib ki, ABŞ hakimiyyəti Rusiyanı “kriminal birliyin lideri və onun xarici yüksək texnologiyalı şirkətlərin informasiya resurslarına hücumlarda iştirakı haqqında” məlumatlandırıb. Təhlükəsizlik qüvvələri 14 hakerdən 426 milyon rubl, o cümlədən kriptovalyuta, 600 min dollar, 500 min avro, 20 premium avtomobil, avadanlıq ələ keçirib.
Noyabrda ABŞ Maliyyə Nazirliyi 28 yaşlı rusiyalı Yevgeni Polyanin və 22 yaşlı ukraynalı Yaroslav Vasinskini sanksiya siyahısına salıb, onlar "REvil" qrupunun hakerləri hesab edilir. Polyanin və Vasinski kiber hakerlik və çirkli pulların yuyulmasında ittiham olunurlar.
ABŞ Baş prokuroru Merrik Qarland bildirib ki, təkcə Polyanin qurbanlardan 13 milyon dollar toplaya bilib. Vasinski hələ oktyabr ayında Polşada saxlanılıb və hazırda onun ABŞ-a ekstradisiyası proseduru aparılır.
Bizimyol.info