Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Rusiya qazına alternativ axtarır
ABŞ Rusiya qazına alternativ axtarır

ABŞ bir sıra beynəlxalq enerji şirkətləri ilə danışıqlar aparır.

Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" iki ABŞ rəsmisinə və enerji sektorundakı mənbələrə istinadən məlumat yayıb.

Vaşinqton Rusiyanın Ukraynaya təcavüzü baş verəcəyi halda tətbiq ediləcək sanksiyalara görə, Moskva mavi yanacağın tədarükünü dayandırarsa, Avropaya əlavə təbii qaz təminatı ilə bağlı şirkətlərin vəziyyətini öyrənməyə çalışır.

Dövlət Departamentinin nümayəndələri bu barədə əlavə qaz tədarükünün mümkün olduğu şirkətlər mazakirələr aparıblar. ABŞ rəsmiləri şirkətlərin ixracı təşkil etmək və lazım gələrsə, yerində təmir işlərini həyata keçirmək üçün resurslarının olub-olmadığını araşdırır.

Şirkətlər  isə ABŞ rəsmilərinə bildiriblər ki, “qlobal qaz tədarükü məhduddur və Rusiyadan ötürülən böyük həcmdə mavi yanacağı əvəz etmək üçün kifayət qədər resurs yoxdur”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »