Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evində qumar oyunları təşkil edən şəxs saxlanılıb
Evində qumar oyunları təşkil edən şəxs saxlanılıb

Yaşadığı evdə qumar oyunları təşkil edən Lənkəran sakini saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini Bəhruz Xudiyevin yaşadığı evdə qumar oyunları təşkil etməsi müəyyən olunub.

Keçirilən baxış zamanı oradan qumar oyunlarına qoyulan pul vəsaiti, oyun kartları aşkarlanaraq götürülüb. Həmçinin həmin ünvanda qanunsuz qumar oynayan 7 nəfər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »