Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Blinken: ABŞ və NATO-nun yenidən Rusiya ilə dialoqa hazırdır
Blinken: ABŞ və NATO-nun yenidən Rusiya ilə dialoqa hazırdır

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ və NATO Rusiya ilə gələcək dialoqa hazırdır.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibi "Twitter" hesabında mesaj verib.

"Bu həftə NATO-Rusiya Şurasından sonra NATO-nun baş katibi Yens Stoltenberqlə danışmaqdan məmnun oldum. ABŞ və NATO birlikdə Rusiya ilə gələcək qarşılıqlı dialoqa hazırdır", - deyə Blinken yazıb.

Bazar ertəsi Rusiya və ABŞ Cenevrədə strateji sabitliyə dair dialoqun yeni raundu keçirib. Bir gün sonra Brüsseldə Rusiya-NATO Şurasının iclası keçirilib. Daha sonra cümə axşamı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Vyana məsləhətləşmələri aparılıb. Bu müzakirələrdə əsas diqqət Ukrayna böhranının kəskinləşməsi fonunda Rusiya tərəfinin ötən ilin sonunda ABŞ və NATO-ya təqdim etdiyi təhlükəsizlik təklifləri olub.

2021-ci ilin sonunda Rusiya ABŞ ilə müqavilənin və NATO ilə təhlükəsizlik təminatına dair sazişin layihələrini dərc etdi. Moskva xüsusilə Qərb tərəfdaşlarından NATO-nun şərqə doğru daha da genişlənməsindən, Ukrayna blokuna qoşulmaqdan və postsovet ölkələrində hərbi bazaların yaradılmasından imtina etmək üçün hüquqi təminat tələb edir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »