“Azərbaycan indi həm Ermənistanla, həm Avropa və Amerikada olan himayədarları, həm də din amilini əldə rəhbər tutan bəzi Avropa dövlətlərində fəaliyyət göstərən xristian şovinistləri ilə üz-üzədir. Müxtəlif bəhanələrlə Azərbaycana və iqtisadiyyatımıza qarşı sanksiyalar tətbiq etmək üçün bəhanələr axtarılır” .
Bu fikirləri "İslahatlara dəstək Mərkəzi" İB sədri Elçin Axundzadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib. “”Sevinən" insanlar anlamırlar ki, qazımızı, neftimizi satmasaq, biz , pensiyaları, maaşları, ordumuzun şəxsi heyətinin məvaciblərini necə verəcəyik? Necə dövlətimizi qoruyacayıq?

Təbii ki, Əli Əliyevin məsələsində hakim bütün amilləri nəzərə almalı, həbs qərarı daha yumşaq forma ilə əvəz edilməli idi. Dövlətimiz cəmiyyətdə sosial ədaləti qorumaq, dövlət və xalqımız arasında uçurumun olmamağı üçün kifayət qədər iş görən zaman, həbs qərarının verilməməsi, dövlətin barışığ siyasətinə uyğun olardı.
Helikopterdə sağ qalan sərhəd qoşunlarının əsgərlərinə (statusundan, rütbəsindən asılı olmayayaraq hər kəs dövlətin əsgəridir) can sağlığı arzulayıram, əgər onlar məhkəməyə müraciət ediblərsə, (bu onların hüququdur), biz sağ qalan sərhədçilərimizi və onların valideynlərini incidə bilən "söz söhbətlərlə" təzyiq altında nəyə görə saxlamalıyıq? Nəyə görə sağ qalan sərhədçilərə, heç bir əsas olmadan böhtan atmalıyıq? İnsanın həyatda qalıb, qalmamağı qərarını uca tanrı verir. 44 günlük savaşda "Vətən sağ olsun "deyərək şəhid olanlar içində sərhədçilərimizdə var idi, yüzlərlə sərhədçilərimiz vətən yolunda rəşadətlə vuruşaraq ödüllər aldılar, qazi oldular, amma Müdafiə Nazirliyindən fərqli olaraq heç kim, narazılıq etmədi, piketlər keçirtmədi, çünki ödüllərin verilməsində ədalət prinsipi qorundu, helikopter qəzasında sağ qalan sərhədçilərimizdə,məhz savaşda qəhramanlıq göstərənlərdən idilər. Bəli ola bilsin ki, sərhəd xidmətində də qüsurlar var, amma, gəlin, vicdanla deyək ki, bütün güc strukturların içində, nizam-intizam, təşkilatçılıq, vətənpərvərlik, özünə inam və güvənc, şəffavlıq məhz sərhəd qoşunlarındadı . Qarabağı işğaldan azad etdik, Sərhəd Qoşunlarının müdafiə etdiyi ərazilər genişləndi, məsuliyyət dəfələrlə artdı, təbii ki, yuxarida yazdıqlarımı həyata keçitmək üçün Sərhəd Qoşunlarının əlavə maliyyə dəstəyinə və canlı qüvvəyə ehtiyacı var və şükür ki , dövlətimiz bu amilləri nəzərə alır”.
Elçin Axunzadə onu da bildirib ki, inanır ki, Sərhəd Qoşunlarının komandanlığı bu məsuliyyətli vəzifəni də həmişə olduğu kimi yüksək səviyyədə həyata keçirdəcək, işğaldan azad olunan ərazilərdə hərbi zastavaların quracaq, bu müvəqqəti çətinliklər arxada qalacaq.
“İndi isə gəlin sərhədçilərimizə dəstək verək, onları qoruyaq, onları qoruyuruqsa, Sərhədlərimizi qoruyuruq.
Azərbaycanın ziyalı vətəndaşı olan Əli Əliyev isə Tofiq Yaqublu kimi əminəm ki, həbsdən azad ediləcək və dövlətimiz, cəmiyyətə bir daha barış, sülh mesajı göndərəcək. Gəlin, sözlərimizdə məsuliyyətli olaq, bir-birimizi söyməyək, ən azı mentalitetimiz, tərbiyəmiz, əxlaqımız buna yol vermir və hər zaman qanunların aliliyini əldə rəhbər tutaq”.
Leyla Mirzə, Bizimyol.info