Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın atasının meyitini 4 ay evində gizlədib
Qadın atasının meyitini 4 ay evində gizlədib

Yaponiyada atasının təqaüdünü almaq üçün 4 aya yaxın onun cəsədini evində gizlədən qadın həbs edilib.

Bizimyol.info xəbər verir ki, Yaponiyanın Aomori əyalətində insanı düşündürən hadisə baş verib.

Yerli polis, ölən atasının cəsədini təxminən 4 ay evdə saxladığı aşkarlanan şübhəlinin həbs edildiyini açıqlayıb.

Polis mənbələrindən əldə edilən məlumata görə, 76 yaşlı atası ilə yaşayan 46 yaşlı Hiromi Şiratorinin qonşuları qocanı uzun müddət görə bilməyəndə vəziyyətdən şübhələniblər.

Hadisə ilə bağlı polisə məlumat verildikdən sonra yanvarın 11-də evə gedən təhlükəsizlik qüvvələri və sosial işçilər Şiratorinin atasının cansız cəsədini tapıblar.

Saxlanılan şübhəli polisə verdiyi ifadəsində atasının ötən ilin sentyabrında dünyasını dəyişdiyini bildirib. Həmçinin məlum olub ki, həmin şəxs atasının təqaüdünü almağa davam etmək üçün ölüm xəbərini yerli hakimiyyət orqanlarına bildirmədiyini etiraf edib.

Mərhumun dəqiq ölüm tarixini müəyyən etmək üçün ətraflı araşdırmalara başlanılıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »