Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əliyev-Zelenski görüşü Azərbaycan-Ukrayna münasibətlərində nəyi dəyişəcək...
Əliyev-Zelenski görüşü Azərbaycan-Ukrayna münasibətlərində nəyi dəyişəcək...

Ukrayna və Azərbaycan: Prezident İlham Əliyevin səfəri nəyi dəyişəcək?

Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə Ukraynaya işgüzar səfərə gəlib. Bizimyol.info xəbər verir ki, Prezident İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək görüşü başlayıb. Görüşdən əvvəl prezidentlər birgə foto çəkdiriblər.

Səfərin mahiyəti barədə fikirlərini açıqlayan poltoloq Qabil Hüseynli Bizimyol.info saytına açıqlamasında bildirdi ki, 2 ay əvvəl Ukrayna prezidenti Azərbaycana səfər etmişdi. Prezident İlham Əliyevin də bunun əvəzində cavab səfəri etdiyini deyən politoloq iki ölkə arasındakı münasibətlərin artan xətt üzrə inkişaf etdiyini qeyd etdi: “Bu münasibətlər iqtisadi və mədəni sahələrdə daha da genişlənərək inkişaf etməkdədir. Dövlətimizin başçısının bu səfərindən Rusiyanın bəzi dairələri narahat ola, hətta bununla bağlı tənqidi fikirlər də səsləndirə bilərlər. Amma Azərbaycan suveren dövlətdir və öz xarici siyasətini istədiyi şəkildə qurur. Ukrayna ilə olan münasibətlər yeni qurulmayıb. Post-sovet məkanında Azərbaycanın yüksək səviyyədə münasibətlər qurduğu dövlətlərdən biri də Ukraynadır”.

Qabil Hüseynli Qabil Hüseynli

İki ölkə arasında hərbi sahədə də böyük əlaqələrin olduğu və inkişaf etdiyi hamıya məlum olduğunu deyən müsahibimiz bildirdi ki, Azərbaycan bu ölkədən hərbi məhsullar, yəni silah-sursat, hərbi texnika və s. alır: “Bundan başqa, Ukraynadan hərbi qırıcı təyyarələr alıb. Lvov şəhərində bu təyyarələri təmir edən hərbi zavod var. Azərbaycan ordusunun hərbi təyyarələri da vaxtaşırı bu zavodda texniki baxışdan keçirilir, təmir olunur və müəyyən edilən nasazlıqlar aradan qaldırılır. Artıq iki ölkə arasında hərbi məmulatların birgə istehsalı ilə bağlı müqavlə də imzalanıb. Bəzi məhsullar, əsasən də top mərmiləri, avtomat güllələri və digərlərinin Azərbaycanda istehsal olunmasının təşkil edilməsində Ukrayna hərbi-sənaye müəssisələri yaxından iştirak edirlər”.

Q.Hüseynli, Ukrayna ilə Azərbaycan arasında qeyri-neft məhsullarının, xüsusilə də kənd təsərrüfatı məhsullarının idxal-ixracı bağlı ciddi əlaqələrin olduğunu da diqqətə çatdırdı: “Artıq dünyada taxıl qıtlığı yaranır. Ölkəmiz taxıl ehtiyatlarının bir hissəsini qardaş Qazaxıstandan, bir hissəsini isə Ukraynadan alır. Bu məsələdə Kiyev hökuməti sabit və stabil şəkildə ölkəmizin tələbatını ödəyir. Azərbaycan prezidentinin bu ölkəyə səfərində ikili əlaqələrin yeni formalarının üzərində dayanmaq və bunları daha da inkişaf etdirməklə bağlı yeni hədəflər müəyyənləşdirilir. Bugünədək imzalanmış sənədlər ölkələrarası münasibətləri daha yüksək səviyyəyə çatdırır. Prezident İlham Əliyevin bu səfəri də yeni müqavilələrin imzalanması, münasibətlərin daha da möhkəmləndirilməsi, habelə gələcəkdə bu ölkəyə eneri resurslarının çatdırılması gündümdədir. Bildiyimiz kimi, hazır da bu ölkəyə Qara dəniz vasitəsi ilə neft və neft məhsulları göndərilir. Hazırda Kiyev və Bakı hökumətləri yeni məsələ üzərində, yəni Azərbaycan qazının Ukraynaya, oradan da Moldovaya göndərilməsi məsələsi üzərində araşdrma aparırlar. Hələlik sıxılmış maye qazın göndərilməsi üzərində iş gedir. Gələcəkdə isə maye qaz xətti çəkilərsə, bu xəttlə Azərbaycan qazı ola bilsin ki, Bolqarıstan üzərindən Moldovaya, oradan da Ukraynaya göndərilsin. Güman edirəm ki, bütün bunlar iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək”.

Rusiya ilə Ukrayna arasında hər an baş verəcək müharibə fonunda Azərbaycan prezidentinin səfəri nə qədər təhlükəlidir? Və bu səfər Rusiya-Azərbaycan münasibətlərinə necə təsir edəcək?

Politoloq vurğuladı ki, əgər Rusiya normal bir dövlətdirsə, beynəlxalq münasibətlərdə ikili əlaqələrə normal yanaşırsa, bu münasibətləri istədiyi dövlətlərlə inkişaf etdirirsə, Ukrayna-Azərbaycan münasibətləri üçüncü bir dövlətə qarşı çevrilməyibsə və Azərbaycan indiyə qədər apardığı mübarizədə bu ölkədən yardım alıbsa, bu, özünün vəfa borcunu yetirmək sayılır: "Ukrayna həm də Avropanın böyük dövlətlərindən biridir. Bu məsələlərin Azərbaycan-Rusiya münasibətlərinə zərbə vuracağına inanmıram. Əgər Moskva bunu bir fakt kimi dəyərləndirərək Azərbaycana qarşı hər hansı bir addım atarsa, rəsmi Bakı bunu neytrallaşdıracaq. Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərini qoruyub saxladığı kimi, Ukrayna ilə də normal ikili münasibətləri inkişaf etdirir”.

Rövşən Ziya, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »