Ötən gün sosial mediada və xəbər saytlarında İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında uşağa qarşı şiddət göstərilməsini əks etdirən görüntü yayımlanıb. Bu gün isə, bağcanın tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı işdən azad edilib və polis onun izahatını alıb.
1 saylı körpələr evinin “İnstagram” soail şəbəkəsində səhifəsinə baxdığımız zaman burada əlində çörək tutan, yemək yeyən onlarla uşağı görmək olar. Bu şəkillər bu uşaqların da şiddətə məruz qaldığını sübut edir.
Biz uşaqlarımızı məktəblərə, bağçalara təhsil almaq, tərbiyə almaq, ilkin biliklərini formalaşdırmaq üçün göndəririk, döyülmək üçün yox. Uşaqlara qarşı şiddət onların psixikasına zərər vurur. Bu gün şiddətə məruz qalan uşaq gələcəkdə özü də şiddət göstərən birinə çevrilir.
Psixoloq Rəvanə Quliyeva qeyd eidr ki, əvvəllər uşaqları döyərək tərbiyələndirmək nizam intizamın bir hissəsi olub. Evlərə ana-atalar, məktəblərə müəllimlərin uşağı döyməsi normal qəbul edilirdi. Hətta bəzi valideynlər oxumayan övladını mətkəbə gətirən zaman “ əti sənin sümüyü mənim” məsəlindən də istifadə edirdi ki, təki uşaq oxusun.
Amma bu gün uşaqları döymək fiziki istismar hesab edilir. Və təəssüflər olsun ki bəzi müəllimlər hələ də keçmişdə olan “döymə vərdişini” tərgidə bilmirlər. “Valideynlər evərdə uşaqlarını “tərbiyələndirmək” üçün vururlar. Bu zaman valideyn uşağı vurmaqla ona fiziki zərər vermir, lakin psixoloji olaraq onu tərbiyələndirməyə çalışır. Ancaq təəssüf olsun ki, günümüzdə döylüərək tərbiyə edilən uşaqlar gələcəkdə özləri də döyərək tərbiyə etməyə çalışır. Uşaqlara nifrət, qəzəb döyülərək aşılanır. Əslində isə uşağa hirsimizi, nifrətimizi necə idarə edə biləcyimizi öyrtəməliyik. Siz uşaqlarınızı vurduğunuz zaman onlar belə başa düşür ki, böyüklər uşaqları vurmalıdır. Və bu gələcəkdə onların həyatlarına təsir edir. Məhz elə buna görədir ki, uşaqlaırn fiziki istismarı artır. Bu gün döyənlər nə vaxtsa döyülənlərdir”.
Psixoloq qeyd edir ki, bu gün uşağa vurulan bir sillə bəlkə onu zədələmir, amma onun psixikasına böyük zərər verir. Aparılan araştırmalara görə, döyülərək böyüyənlər, böyüdükdən sonra bu addımı özləri həyata keçirir. Yəni insan nəyə öyrənirsə, o addımı da atır. Döyülmək uşağın özünə olan inamı da azaldır. Bəzən valideynlər elə hesab edi rki, uşağı sevsələr də ara-sıra vura bilərlər . Ancaq bu belə deyil, uşağa nə qədər sevgi göstərsən də, vurmaq onda “valideynim məni svemir” fikrini yaradacaq. Və yaxud məktəblərdə döymə alışqanlığı olan müəllimlər sevilməyən müəllimlərdir.
Psixoloqun sözlərinə görə, psixologiyada döyülməyin ağırı və yaxud yüngülü olmur. “Bəzən müəllimlər deyir ki, vurub öldürmədim ki, xəsarət yetirmədim ki. Xeyr, olmaz! Uşağa əl qaldırmaq olmaz. Birincisi, sənin necə vurduğunu sən deyil, vurulan hiss edir. Sənin yüngül hesab etdiyin zərbə vurulan tərəfindən ağır qəbul edilə bilər. İstər böyük olsun, istər uşaq - bədəni özünə aiddir. Ana-ata olmaq, müəllim olmaq uşağın bədəninə sahib olmaq mənasına gəlmir. Və onların bu bədənə nəsə etmək haqqı yioxdur”,- deyən ekspert əlavə edib ki, döymək çarə deyil, çarəsizlikdir. Buna görə də, döyməyə meyilli olan insanların psixikasına nəzər yetirmək lazımdır. Travmalı insanlar döyməyə meyilli olur.
Hüquqşünas Fərid Həmidovun sözlərinə görə, bu məsələ İnzibati Xətalar Məcəlləsinin 157 -ci (Döymə) maddəsi ilə tənzimlənir: “Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur”.
İlahin, Bizimyol.info