Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məişət səs-küyünə səbəb olanları nə qədər cərimə gözləyir?
Məişət səs-küyünə səbəb olanları nə qədər cərimə gözləyir?

Uzun illər ölkədə ölkədə tikinti ilə bağlı müəyyən standartlar olsa da, bina tikintisi zamanı müəyyən səbəblərdən bu standartlar nəzərə alınmayıb, ya da hansısa səbəblərdən göz yumulub. Məhz bu səbəbdəndir ki, binaların alt mərtəbələrində kafelər, gözəllik salonları, müxtəlif sexlər fəaliyyət göstərir. Məhəllələr arasında yerləşən “avtomlobil yuma” yerləri, dəmirçi sexləri, restoranlar və s. digər obyektlərdə iş fəaliyyəti zamanı yaranan səslər yaxınlıqda yaşayan insanların rahatlığını pozur. Bu, bəzən yeni binalarda da özünü göstərir.

Məsələn, istirahət günü evində istirahət emək istəsən də, hansısa təmir sevdalısı qonşunun evindən gələn “direl” səsi sənin bu istirahətinə mane olur. Və yaxud gec başını yastığa qoyub yuxuya getmək istəsən də yaxınlıqda fəaliyyət göstərən restorandan gələn musiqi səsi əsəblərini sözün əsl mənasında oynadır. Hələ gecə yarısı dava edən, səhərə qədər evdə deyib-gülüb şənlənən qonşuları demirəm. Az qala evdən qaçmaq istəyirsən. Amma hara? Düşüb şikayətimizi dilə gətiririk. Amma nə fayda, “dəyirman öz işində çax-çax baş ağrıdır”.

Təsəvvür edin, xəstəsiniz, rahatlığa və yuxuya ehtiyacınız var, evinizin yanında da yeni bina tikilir. Ağır texnikanın səsi, ustaların, yük avtomobillərinin səsi aləmi götürüb.

Kimə şikayət edə bilərik bu vəziyyətdə? Qanun da deyir ki, heç kimə?! Qanun belə, bəzən bizim əksimizə gedə bilir.

Hüquqşünas Fərid Həmidov Bizimyol.info saytına müsahibəsində bildirib ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə tənzimlənir. Belə ki, 521-ci maddədə - Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması maddəsinə görə, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə - fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Maddədə qeyd edilən saatlarda bu kimi problem yaşayan vətəndaşlar polisə, sahə müvəkkilinə müraciət edə bilər. Digər hallarda isə, vətəndaş dözməlidir. Əslində bu da, qanunda olan boşluqlardan irəli gəlir. Bəzən qanunlar vətəndaşların rahalığı üçün deyil, biznes qurumunun fəaliyyətinin stimullaşdırılmasına uyğun şəkildə tətbiq edilir…

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »