Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda qaynar xətlər niyə "soyuqdur"...
Azərbaycanda qaynar xətlər niyə "soyuqdur"...

Son zamanlar ölkədə narkotik vasitələrin satışı və istifadəçilərinin sayı artıb. Bunu Daxili İşlər Nazirliyinin yayımladığı məlumatlar da sübut edir. Belə bir dövrdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzərinə böyük yük düşür. Qurum da öz məsuliyyətindən xəbərdar olduğu üçün “802 qaynar xətti”-ni də yaradıb. Amma məsələnin bir əmması var - qaynar xəttə həftə içi 9.00-dan 18.00 -ə qədər bu qaynar xəttə müraciət edə bilərsiniz. Yəni gecə və ya həftəsonu bu barədə məlumat almaq istəsəniz və yaxud əhvalınız dəyişsə, çarəsiz qalsanız belə, bazar təsi saat 9.00-a qədər gözləməlisiniz.

Ümumiyyətlə, bizim əksrə dövlət qurumları ya “qaynar xətt”-in mahiyyətini bilmir, ya da bu xəttləri sadəcə olaraq gözən pərdə asmaq üçün yaradırlar. Çünki əslində “qaynar xətt” 24/7 fəaliyyət göstərən xətt deməkdir. Yəni şikayətçi, müraciət etmək istəyən şəxs və ya hər kimsə məsələ ilə bağlı hansısa qurumun qaynar xəttinə müraciət edirsə, onun müraciətinə dərhal baxılmalı, müvafiq bölməyə yönləndirilməlidir.

Qeyd edək ki, daxil olan zənglər bayram və istirahət günləri də daxil olmaqla günün 24 saatı cavablandırılmalıdır. Və telefon xətti hər zaman azad qalmalıdır. Yəni eyni vaxtda qaynar xəttə zəng edən vətəndaşlar gözlədilməməlidir. Operatorlar zəng edən vətəndaşların müraciətlərinə uyğun cavab verməlidir. Qısacası, qaynar xətt vətəndaşın ən çarəsiz anında yığacağı ilk nömrədir. Vay o günə ki, sənin çarəsiz anın istirahət gününə düşsün və ya bayram gününə. Ya da saat 18.00-dan sonra başına bir iş gəlsin, qaynar xəttə zəng vursan da, səsini eşidən olmayacaq. Bu, təkcə Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına aid deyil. Bu gün Azərbaycanda fəaliyyət göstərən digər dövlət qurumlarının qaynar xətti də belə xidmət edir.

İndi 103 xidmətinin qaynar xəttindən danışaq. Pandemiya dövründə 103-dən kifayət qədər şikayət var idi. Vətəndaşlar saatlarla 103-ə düşə bilmədiklərini xidmətin daim məşğul olduğunu deyirdi. Təcili Yardımdan da bildirilirdi ki, zənglərin sayı çox olduğu üçün vətəndaşlar 103 qaynar xəttinə düşə bilmir.

Bir daha xatırladaq ki, qaynar xəttin mahiyyəti bir neçə operatorun eyni anda xidmət göstərməsi və vətəndaşın gözlədilməməsidir.

Digər qurumlarda da vəziyyət eynidi, ya xəttə düşüə bilmirsən, ya gözlədilirsən, ya da telefonu qaldıran operator da səni ya başa düşmür, ya da başa düşmək istəmir.

Ya da hansısa qurumun qaynar xəttinə zəng edəndə saatlarla üvertüralar, operettalar, müxtəlif kateqoriyalardan olan rəngarəng melodiyalar dinləməli oluruq. Qısacası, qaynar xəttlərdə də vətəndaşların hüquqları tapdalanır. Vətəndaşlar diqqətdən kənar qalır, bəzən uzun müddət gözlədildikdən sonra telefonu üzünə bağlanılır...

Qaynar xəttin adı ağırdır və varsa, onun arxasında durmağı bacarmaq lazımdır. Məsələn, Daxili İşlər Nazirliyinin 102 qaynar xətti. Gecə də, gündüz də bilirsən ki, yığsan sənə kimsə cavab verib, aidiyyatı bölməyə yönləndirəcək.

Sözümün canı odur ki, bu “qaynar xətt”i mahiyyətinə görə, istifadə edə bilməyəcəksinizsə, yaradıb yalandan gözdən pərdə asmayın. Sadə bir telefon nömrəsi qoyun, vətəndaş da başa düşsün ki, onsuz da sizin qurumlarla əlaqə mümkün deyil.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »