Uşağa qarşı istənilən mühitdə istənilən şəxs tərəfindən zorakılıq edilməsi yolverilməzdir. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova danışıb.
O, qeyd edib ki, belə hallar əvvəllər də müşahidə edilib. Məktəbəqədər təhsil müəssisəsinin tərbiyəçisinin bu hərəkəti yolverilməzdir. Qanunvericilikdə belə hallarla bağlı məsuliyyət nəzərdə tutulub.
“Komitə olaraq biz bəyan edirik ki, belə hal yolverilməzdir. Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçilər bir ildən bir tibbi-psixoloji müayinədən keçməlidirlər”, - deyə o qeyd edib.

Psixoloq Zeynəb Eyyubova Bizimyol.info-ya açıqlamasında bildirib ki, bağça müəllimləri və ibtidai sinif müəllimləri işə götürlərkən xüsusi psixoloqların rəylərindən, müayinəsindən, seanslarından keçməlidirlər: "Bağça müəlliməsi olmaq üçün diplom və 4 illik bakalavr təhsili kifayət etmir. Bir bağça müəlliminin özəlliyi, onun davranışı, onun uşağa qarşı olan diqqəti qayğısı və öz həyatında olan travmalar nəzərə alınmalıdır. Bəzən həyatında travmaları olan, həyatında xoşbəxt olmayan, özü şiddət görən bir insan bağçada təlim-tərbiyə işləri ilə məşğul olmağa başlayır. Buna görə də işə götürülməzdən əvvəl müyainələrdən keçmək vacibdir".
Z.Eyyubovanın sözlərinə görə, məktəb direktorları, müavinlər və s. bu işə nəzarət edənlər, uşaqlara qarşı aqressiv davranış sərgiyənləri işdən uzaqlaşdırmalıdırlar. “İşini sevməyən, “işimdə yorulmuşam” deyən insanlar işdən uzaqlaşdırılmalıdır ki, sabah baş verəcək hadisənin qarşısı öncədən alınsın. Amma bir uşaq döyülürsə, şiddət görürsə, heç bir günahı olmadan bu şiddəti görürsə, bu uşaqda travma yaradır. O böyüyəndə aqressiv, insanları əzmək istəyən tipə çevrilir. Gələcək üçün antisosial bir şəxsiyyət formalaşır. Bu travmanı alan uşaqlar psixoloqlardan yardım almalıdırlar”,- deyən ekspert təklif edir ki, müəllimlər işə götürülən zaman psixoloji diaqnostikadan keçirilsin. Çünki özü xoşbəxt ola bilməyən bir şəxs xoşbəxt uşaq böyüdə bilməz. Özü ruhu ilə barışa bilməyən bir tərbiyəçi ruhi gözəl uşaq böyüdə bilmir.

Təhsil Nazirliyi yanında İctmia Şuranın məsul katibi İlqar Orucov Bizimyol.info-ya açıqlamasınd abildirirb ki, son zamanlar baş verənlər qarşısında cəmiyyət çaşqın durumdadır: “Necə ola bilər ki, biz övladlaırmızı məktəbə, bağçaya əmanət edirik, onların gələcəyinin fotmalaşamasında məhz məktəbləri və bağçaları görürük, amma məktəb və bağçalarda zorakılıq halları, şiddətlə bağlı görüntülərin şahidi oluruq. Mən dünən bağçada tərbiyəçinin bir körpə uşağa qarşı vəhşiliyini gördüm. Adam həqiqətən şok yaşayır ki, necə qəddar, zalım olasan ki, bu cür məsum körpəyə qarşı belə vəhşilik edəsən. Bu onu göstərir ki, bizim bağçalarla bağlı, məktəbqədər tərbiyə müəssisələrlə bağlı ciddi çatışmazlıqlarımız var. İllərlə bu istiqmaətdə gördüyümüz yanlış işlərin nəticəsidir ki, məktəblərdə və bağçalarda bu kimi hallar baş verir”.
İ.Orucova görə, bu onu göstərir ki, məktəb və bağçalara işçiləri götürərkən yalnışlıqlara yol veririk. Müstəqillik illərindən sonra cəmiyyətdə çox sayda saxta diplomlu müəllimlərin məktəb və bağçalara doluşduğunu deyən ekspert bildirir ki, bu müəssisələrə işə qəbul əvvəllər biabırçı formada-rüşvətlə, pull, tapşırıqla olub. Bunun nəticəsini isə bu gün görürük. İ.Orucov hesab edir ki, təlim-tərbiyə, təhsil müəssisələrinə rəhbərlik edən şəxslərin psixoloji durumu yerində olmalıdır. “Müəssisələrdə çalışan insanların psixoloji durumu yerində olmalıdır. Bu olmayacaqsa, biz gələcəkdə cəmiyyətə xəstə uşaqlar təqdim etmiş olacağıq. Valideynlər narazı olacaq və uşaqlaırnı kimə etibar etdikləri barədə şübhəli olacaqlar. Bağçalarda belə müəllimlər nə qədər desən var, iş tək bu müəllimə ilə bitmir. Bağçalarda rəhbər şəxslər arasında kifayət qədər qəddar insanlar var. Onlar uşaqların yeməyinə göz dikir, bu yeməkləri evlərinə daşıyırlar. Biz dəfələrlə bu kimi hadisələrlə qaşrılaşmışıq. Biz məktəbi hər zaman müdafiə etmişik hər zaman, amma bu gün məktəb rəhbəri olan ancaq yerində olmayan nə qədər adam var. Bu gün məktəb rəhbərləri var ki, onlar məktəbə layiq deyillər. Rüşvətə, korrupsiaya bulaşmış adamlar var məktəblərdə. Bağçalar bundan da pis vəziyyətdədir”,- deyən ekspert bildirib ki, müəllim və tərbiyəçilərin işə qəbulu zmaanı psixoloji müayinələr önəmlidir.
Təhsil Nazirliyi müəllimlərin işə qəbulu zamanı müxtəlif tədbirlər görsə, görünən budur ki, görülən işlər yetərli deyil.
İlahin, Bizimyol.info