"NATO Rusiya ilə silahlara, o cümlədən nüvə silahlarına qarşılıqlı nəzarətə hazırdır".
Bizimyol.info xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Polşa radiosunda deyib.
"Biz bir neçə məsələni ayırd etməliyik. Bir məsələ qoşunların NATO ərazisindən birtərəfli qaydada çıxarılmasıdır. Rusiya buna görə bizə güzəşt müqaviləsi imzalamaq təklif etmək istəyir və bundan söhbət gedə bilməz. Biz belə bir güzəştə getməyəcəyik. Bizim şərq cinahda qoşunların olmasının köməyi ilə bütün müttəfiqləri qorumaq hüququmuz var. Eyni zamanda, Birlik bərabər, qarşılıqlı silah nəzarətinə açıqdır”, - Stoltenberq bildirib.
“Ancaq bu, qarşılıqlı və yoxlanıla bilən olmalıdır. Bu, sadəcə və nüvə dövlətlərinə aiddir. Biz keçmişdə görmüşük ki, silahlara nəzarət hər iki tərəfdə gərginliyi azalda bilər”, - deyə o əlavə edib.
Bizimyol.info