Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kremlin Qərblə kəllə-kəlləyə gəlməsi rublu ucuzlaşdırmağa başlayıb
Kremlin Qərblə kəllə-kəlləyə gəlməsi rublu ucuzlaşdırmağa başlayıb

Kreml-Qərb münasibətləri çox pisləşib. Rusiya xüsusilə ABŞ ilə dil tapa bilmir. NATO-nun şərqə doğru genişlənməsi fikri Moskvanı çox narahat edir. Kreml Ukrayna sərhədlərinə qoşun yığmaqdan əl çəkmir. Bura daha 10 min hərbçinin cəlb olunduğu bildirilir. Bütün bunların fonunda rus pulu dəyər itirməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, Rusiyada ABŞ dollarının Rusiya rubluna nisbəti 76 həddini keçib. Avro şimal ölkəsində 87 rubldan baha təklif olunur.

Rusiyanın milli valyutası son 15 ayın ən aşağı göstəricisini görüb. Dövlət istiqraz vərəqələri isə axırıncı 3 ildə belə ucuzlaşmamışdı. Rusiya mətbuatı hesab edir ki, rublun dəyərdən düşməsinin, ümumi ucuzlaşmanın əsas səbəbi geosiyasi vəziyyətdir. Kremlin ABŞ və NATO ilə təhlükəsizlik məsələləri ilə bağlı danışıqları uğurla getmir. Tərəflər dil tapmaqda çətinlik çəkir. Rusiya NATO-nun şərqə doğru genişlənməyəcəyinə zəmanət istəyir. Qərb isə Moskvanın Ukraynaya hücum planını qəbul etmir. Son nəticədə rubl zərər görür. İnvestorlar gərginlik fonunda ehtiyatlı davranmağa üstünlük verir.

Rusiya mətbuatı onu da yazır ki, Xarici İşlər naziri Sergey Ryabkovun açıqlaması da rublun məzənnəsinə ciddi təsir göstərib. Nazir danışıqların nəticəsi barədə fikir bildirirkən Vaşinqton və NATO-nun Kremlin tələblərinə tərəf addım atmağa hazır olmadığını dilə gətirib. Bu rubla etimadı xeyli azaldır.

Ümumiyyətlə, bu qış rus pulunu böyük təhlükə gözləməməsiylə bağlı proqnozlar vardı. Dünya bazarında təbii qaz qiymətlərinin kəskin artması, Avropanın bu yanacaq növünə böyük ehtiyacı rublun mövqeyini bərkidir. Amma qışın təxminən yarısının geridə qaldığını da nəzərə almaq lazımdır. Yanvar hava baxımından Avropa üçün pis başlamayıb. Təbii qazın qiymətinin nisbətən sabitləşməsində də bu amilin böyük rolu var. Yəni rublun dəyər itirməsi ehtimalı artıb. Qərb ciddi sanksiyalara əl atsa, rus pulu nəzərəçarpan dərəcədə ucuzlaşacaq. Ukraynaya hücum planı da rubla yaxşı gələcək vəd etmir.

Aytən, Bizimyol.info

Paylaş »
››› Görüntülərin ünvanı bəlli oldu: "Bilmirik, bu uşaqla necə mübarizə aparaq" - Video
››› "Sonuncu dalğanı da yola salıb koronavirus məsələsini bitirəcəyik"
››› Müəllimləri hədələyən qalmaqallı şagird barədə DİN-dən açıqlama - Video
››› "Bu, "Azəriqaz"ın çörəyinə bais olmaqdır.., yanan zibilə nə sayğac qoyacaqsan?"
››› Arxasınca iki qadın “Sən getdin, elə bil dünya boşaldı” deyirdi... - İslam Rzayevi anırıq
››› 2022-ci ildə daşınmaz əmlak qiymətlərində hansı dəyişiklik gözlənilir
››› Azərbaycanda pensiyaya çıxma şərtləri yumşaldıla bilər
Son xəbərlər
Bütün xəbərlər »