Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazaxıstanda paytaxtın adının dəyişdirilməsi tələb edilir
Qazaxıstanda paytaxtın adının dəyişdirilməsi tələb edilir

Qazaxıstanda iğtişaşlar başlayandan Nursultan Nazarbayevin irsinə yenidən baxılmasının mümkünlüyü fəal müzakirə olunur. Xüsusən də Astananın adının paytaxta qaytarılması ilə bağlı çağırışlar daha çox olub. Ölkədə şəhərin adının dəyişdirilməsi tələbi ilə petisiya dərc edilib, artıq 16 mindən çox insan onu imzalayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "gazety.ru" məlumat verib.

Qazaxıstanda Nur-Sultanın əvvəlki adı - Astanaya qaytarılması üçün petisiya üçün imzalar toplanır. Həmçinin, təşəbbüs müəllifləri bütün küçələrin adının birinci prezident Nursultan Nazarbayevin adının dəyişdirilməsini təklif edirlər.

“Cəmiyyətdəki əhval-ruhiyyəni nəzərə alaraq, Qazaxıstan Respublikasının Prezidentindən, hökumətindən və ölkə parlamentindən respublikamızın paytaxtının - Astana şəhərinin keçmiş adının qaytarılmasını xahiş edirik”, - sənədin mətnində deyilir.

Müraciətin mətnində qey edilir ki, Nur-Sultanın adının dəyişdirilməsi ilə bağlı qərar sosial şəbəkələrdə mənfi qarşılanır və ölkə sakinləri gündəlik həyatda şəhərin köhnə adından istifadə etməkdə davam edirlər. Sənəd müəllifləri qeyd edirlər ki, eks-prezidentin adını daşıyan küçələrə, ölkənin dövlətçiliyini, birliyini və müstəqilliyini vurğulayan “neytral adlar” verilməlidir. O cümlədən, Alma-Atadakı Nazarbayev prospektinin adının dəyişdirilərək Respublika prospekti adlandırılması təklif edilir.

Müraciət yanvarın 11-də axşam saatlarında dərc edilib. Cümə günü, yanvarın 14-ü səhər saat 9:00-a qədər 16,1 mindən çox insan onu imzaladı.

Qazaxıstanın paytaxtının adı 2019-cu ildə prezident Kasım Comart Tokayevin təşəbbüsü ilə dəyişdirilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »