Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elmi araşdırma: Maska taxanlar daha cəlbedici görünür
Elmi araşdırma: Maska taxanlar daha cəlbedici görünür

Kardiff Universitetinin alimlərinin araşdırması nəticəsində məlum olub ki, mavi rəngli və cərrahi tipli maskalar taxan kişilər, qadınlar daha cəlbedici görünür.

Bizimyol.info xəbər verir ki, psixologiya şöbəsində həkimi Michael Lewis açıqlaması zamanı bildirib ki, pandemiyadan əvvəl bu cür maskalarla gəzmək daha az cəlbedici idi, çünki bu həmin adamın xəstə olduğu hissini yaradırdı.

"Covid-19 epidemiyası zamanı bu qavrayışın dəyişib-dəyişmədiyini görmək istədik. Araşdırmalarımız nəticəsində məlum oldu ki, artıq mavi maska taxan insanları görəndə ağlımıza səhiyyə işçiləri və həkimlər gəlir. Ona görə də bu maskanı taxanlar daha müsbət qavrayışa malikdirlər”.

Araşdırmanın ilk hissəsi 2021-ci ilin fevral ayında aparılıb və 43 qadına maskalı, parça maskalı, üzləri qismən kitablarla örtülmüş maskasız kişilərin fotoşəkilləri göstərilib. Sorğunun nəticələrinə görə, parça maska taxanlar heç bir maska taxmayan və ya üzünü kitab arxasında gizlədən kişilərdən daha cəlbedici görünüblər. Ancaq mavi maska taxanlar ən cazibədar olaraq diqqət çəkib və digər kişiləri geridə qoyublar.

Lewis, oxşar bir araşdırmanın əks cinslə aparıldığını və oxşar nəticələrin alındığını açıqlayıb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »