Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İngiltərə parlamentində Çin casus həyəcanı...
İngiltərə parlamentində Çin casus həyəcanı...

"İngiltərə parlamentində Çin hökuməti tərəfindən təyin edilmiş agent var".

Bizimyol.info xəbər verir ki, bu barədə parlamentə Böyük Britaniyanın daxili kəşfiyyat agentliyi "MI5" məlumat verib.

Təhlükəsizlik xəbərdarlığı verən "MI5", Kristine Çing Kui Lee adlı çin əsilli vəkilin "gizli şəkildə hərəkət etdiyini və Böyük Britaniyada siyasətinə müdaxilə fəaliyyəti ilə məşğul olduğunu" açıqlayıb.

Təhlükəsizlik xidmətinin xəbərdarlığında deyilir: "Li siyasi partiyalara, millət vəkillərinə, deputatlığa namizədlərə və Böyük Britaniyada siyasi vəzifələr tutmaq istəyən xarici vətəndaşlığı olan şəxslərə maliyyə ianələrini asanlaşdırmaqla, o cümlədən həmin şəxslərin təmsil olunduğu siyasi qurumlara ianələrin verilməsini asanlaşdırmaqla məşğuldur".

Xəbərdarlıq Nümayəndələr Palatasının sədrinin ofisindən qanunvericilərə göndərilən elektron poçtda paylaşılıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »