Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokuror məhkəmənin hökmündən apellyasiya protesti verib
Prokuror məhkəmənin hökmündən apellyasiya protesti verib

Bəzi media və sosial şəbəkə səhifələrində Şəmkir rayonu, Ələsgərli kənd sakini Şəhla Süleymanovaya və bacısı Şəlalə Tağıyevaya bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən sonuncunun əri Gürzalı Alyarova Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yüngül cəza verilməsi ilə bağlı informasiyalar yayılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Baş Prokurorliğun mətbuat xidməti məlumat verib.

Qeyd edilir ki, 26.05.2021-ci il tarixdə birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Gürzalı Alyarov bıçaqla arvadı Şəlalə Tağıyevaya ağır dərəcəli bədən xəsarəti yetirib. Sonra o, həmin vaxt onları sakitləşdirməyə çalışan sonuncunun bacısı Şəhla Süleymanovaya da bıçaqla insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1 (qəsdən sağlamlığa ağır zərər vurma iki və daha çox şəxsə qarşı törədildikdə) və 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma -xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə Şəmkir rayon polis şöbəsində cinayət işi başlanaraq istintaq aparılıb. Gürzalı Alyarova qeyd edilən maddələr ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həmin məhkəmənin 29.12.2021-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Gürzalı Alyarovun barəsində əsassız olaraq Cinayət Məcəlləsinin 62-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməklə ona maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza, yəni 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Təyin olunan cəza törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, habelə təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmadığından cinayət qanununun normasının düzgün tətbiq edilməməsi əsası ilə dövlət ittihamçısı tərəfindən həmin hökmdən apellyasiya protesti verilib.

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
Son xəbərlər
Bütün xəbərlər »