Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlikdən faktiki hava açıqlaması: Əksər rayonlarda qar yağıb
Nazirlikdən faktiki hava açıqlaması: Əksər rayonlarda qar yağıb

Yanvarın 14-ü saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağıntılı olub, əksər rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv və güclü olub.

Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 23 mm (aylıq normanın 51%-i), Qəbələ, Ağdərədə (Ordubad) 13 mm, Kişçayda (Şəki) 11 mm, Naxçıvan, Gədəbəy, Ordubadda 10 mm, Sədərək, Qobustan, Zaqatala, Şahbuzda 9 mm, Balakən, Qrızda 8 mm, Daşkəsəndə 7 mm, Oğuz, Şəki, Quba, Astara, Oğuz, Xaltanda 6 mm, Bərdə, Göyçay, Hacıqabul, Altıağacda 5 mm, Şərurda 4 mm, Kürdəmir, Cəfərxan, Qusar, Göygöldə 3 mm, Sabirabad, Salyan, Biləsuvar, Şabran, Gədəbəydə 2 mm, Naftalan, Şəmkir, Xaçmaz, Tərtər, Zərdab, Lerikdə 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 11 mm (aylıq nomanın 44 %-i), Bakıda 8 mm (aylıq nomanın 34 %-i), Maştağada 5 mm (aylıq nomanın 18 %-i), Pirallahı, Binədə 3 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Xınalıqda 22 sm, Sarıbaşda (Qax) 21 sm, Ağdərədə (Ordubad) 20 sm, Gədəbəydə 19 sm, Qrızda 15 sm, Xaltanda 12 sm, Daşkəsən, Naxçıvanda 10 sm, Altıağacda 8 sm, Şahbuzda 7 sm, Göygöldə 6 sm, Qusarda 4 sm, Quba, Qobustan, Kişçayda (Şəki) 3 sm, Qəbələ, Kəlvəzdə 1 sm olub.

Şimal-qərb küləyi bölgələrdə 28 m/s, Bakıda və Abşeron yarımadasında 27 m/s, Abşeron Dəniz rayonunda 25 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.2 metrə çatıb.

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Hərbi geyimi qanunsuz şəkildə gəzdirən “qazi”lər, yaxud sosial şəbəkə “fenomen”ləri – “Adam “like” toplamaq istəyir, “qazi” adından istifadə edir”
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »