Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT: “Bu, Avropa və dünya üçün fəlakət olar...”
BMT: “Bu, Avropa və dünya üçün fəlakət olar...”

Birləşmiş Millətlər Təşkilatı bütün dünyaya ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı yaranacaq gərginliklə bağlı xəbərdarlıq edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş, BMT-nin Baş Qərargahında jurnalistlərə verdiyi açıqlamada, Ukrayna gərginliyinə görə Rusiya, ABŞ və NATO arasında aparılan danışıqları dəyərləndirib.

Mövcud gərginlikdən hamının narahat olduğunu bildirən Quterreş: “Avropa və dünya üçün fəlakətə səbəb olacaq münaqişənin qarşısını almaq və gərginliyi azaltmaq üçün qurulan dialoq son dərəcə əhəmiyyətlidir”, - deyə bildirib.

Son aylarda Rusiyanın Ukrayna sərhəddində artan qoşunların yerləşdirilməsi Rusiyanın Ukraynanı işğal edəcəyi ilə bağlı narahatlıqları və Qərblə Moskva arasında gərginliyi artırıb.

Qeyd edək ki, gərginliyin azaldılması çağırışları və bu istiqamətdə təmaslar davam etdirilir. Rusiya, ABŞ və NATO arasında hələ ki, mühüm nəticə əldə edilməsə də, danışıqlar prosesi davam edir.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »