KTMT sülhməramlı qüvvələrinin ilk bölmələri dörd İl-76MD təyyarəsi ilə Qazaxıstandan Rusiyaya qayıdıb.
Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat verib.
“Rusiya Aerokosmik Qüvvələrinin dörd İl-76MD hərbi-nəqliyyat təyyarəsini Alma-Ata aerodromundan İvanovoya uçuraraq Qazaxıstan Respublikasında sosial əhəmiyyətli obyektlərin mühafizəsi üzrə tapşırıqları yerinə yetirən KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin ilk bölmələri daimi dislokasiya nöqtəsinə qayıdıb”, - nazirlikdən bildirilib.
Aerodromunda qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirmiş sülhməramlıların təntənəli qarşılanma mərasimi olub.
KTMT Kollektiv Təhlükəsizlik Şurasının 2022-ci il yanvarın 6-da qəbul etdiyi qərara uyğun olaraq, vəziyyətin normallaşdırılması üçün bu qurumun Kollektiv Sülhməramlı Qüvvələri məhdud müddətə Qazaxıstana göndərilib. Qrupa Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin bölmələri daxil idi.
Bizimyol.info