Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mağazadan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Mağazadan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazalardan silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, əvvəllər dəfələrlə məhkum olunmuş Məhəmməd Məmmədov və Arif Ələkbərov ilə birlikdə rayonun Quşqara kəndi ərazisindəki mağazaya qeyri-qanuni yola daxil olaraq oradan ümumilikdə 2430 manat dəyərində olan tütün, alkoqol və energetik içkilər eləcə də gündəlik tələbat mallarını oğurlayıblar. Daha sonra həmin şəxslər oğurladıqları malları Gəncə şəhərində satıblar.

Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, fakla bağlı Göygöl RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »