Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna yaxın gələcəkdə NATO-ya üzv ola bilməyəcək
Ukrayna yaxın gələcəkdə NATO-ya üzv ola bilməyəcək

NATO yaxın gələcəkdə Ukraynanın alyansa qoşulmasına icazə verməyəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Times"da yazılan məqalədə bildirib.

Nəşrin yazdığına görə, Ukraynanın Şimali Atlantika Alyansına qoşulmasına bir sıra səbəblər mane olur. Bunlardan biri NATO-nun avropalı üzvlərinin bu ölkənin alyansa daxil olması ilə bağlı qeyri-müəyyən mövqeyidir ki, burada yeni üzvün qəbulu ilə bağlı konsensusun zəruriliyini nəzərə alaraq, Ukraynanın daxil olmasını qeyri-real görünür.

ABŞ administrasiyasının Ukraynanın NATO-ya daxil olması ilə bağlı çoxsaylı bəyanatlarına baxmayaraq, onun rəhbəri Co Bayden bu cür bəyanatlarda həmişə ehtiyatlı olub və 2000-ci illərin sonundan etibarən o, ittifaqın Şərqə doğru genişlənməsi ilə bağlı öz mövqeyində israrlı deyil.

Həmçinin, ABŞ və digər üzvlər Kiyevin korrupsiya ilə mübarizədə irəliləyişindən razı deyil. "Transparency International"ın məlumatına görə, ölkə bu göstəricidə 180 ölkə arasında 117-ci yerdədir.

“Rusiyanın Avropa ilə, xüsusən də qaz tədarükü ilə bağlı əhəmiyyətli iqtisadi rıçaqları var, ona görə də bir çox Avropa ölkələri Moskva ilə münasibətləri korlamamaq istəməyəcək. Bütün bunları nəzərə alsaq, Ukrayna, demək olar ki, NATO-ya daxil olmaq üçün üçüncü əsas kriteriyaya cavab verməyəcək: bütün 30 üzvdən razılıq alınmalıdır”, – deyə ekspertlər qeyd edirlər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »