Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın gigiyenik məhsulları sağlamlıq üçün etibarlıdırmı?
Qadın gigiyenik məhsulları sağlamlıq üçün etibarlıdırmı?

Son zamanlar Türkiyədə lirənin ucuzlaşması bir çox məhsullara, eləcə də qadınlar üçün istehsal olunan gigiyenik məhsulların qiymətlərinə təsir edib. Qiymətlər iki dəfəyə yaxın bahalaşıb. Hesablamalara görə, artan qiymətlər qadının bu məhsullara əlçatanlığının qarşısını alıb. Bu səbəbdən də, Türkiyənin müxtəlif şəhərlərində ictimai fəallıq göstərən qızlar gigiyenik bezlərə olan ƏDV-nin aradan qaldırılmasını tələb edirlər. Qeyd edək ki, bir qadın bütün həyatı boyu 12 mindən çox tampon və ya gigiyenik bezdən istifadə edir.

Qadın gigiyenik məhsulları sağlamlıq üçün etibarlıdırmı?

Həkim ginekoloq Xoşqədəm İbrahimova Bizimyol.info saytına açıqlamasında bildirib ki, bu məhsulların etibarlı olması barədə araşdırma yoxdur. Əksinə, zərərləri barədə müxtəlif araşdırmalar var.

Həkim bildirir ki, bezlərin istehsalı son 20-30 ildə daha da çoxalıb. Əvvəllər qadınlar evdə tikilmiş bezlərdən istifadə edirdilər. Bu üsul bir az əziyyətli proses idi, amma sağlamlıq üçün böyük əhəmiyyəti vardı. Ancaq qadınların yükü bir qədər azalıb. Bu yükün azalması isə, sağlamlıqlarında özünü biruzə edir.

Gigiyenik ped və qadınlar üçün digər gigiyenik məhsullar istehsal edən şirkətlər, bu məhsulların etibarlı olduğunu deyir. Amma qadınlar bunu bütün həyatı boyu istifadə edir. Məlumdur ki, gigiyenik bezlərin hazırlanması zamanı müxtəlif kimyəvi maddələrdən istifadə edilir. Bura boyalar, parfüm, dioksin və s. aiddir. Bu məhsullar da vaginal mukoza tərəfindən rahatlıqla əmilir.

“Dəri o qədər həssasdır ki, bütün maddələri əmə bilir. Dəri ilə təmasda olan istənilən maddə qan dövranına nüfuz edə bilər. Həkimlər adətən xəstələrə belə məsləhət görür ki, “yeyə bilməyəcəyiniz heç nəyi dərinizə vurmayın. Çünki dəri ilə təmas edən kimyəvi maddələr yeməkdən daha çox zəhərlidir.

Mütəxəssislərin fikrincə, gigiyenik bez və tamponlar ağırlıqlarınından 10 dəfə çox suyu saxlaya bilir. Bu da o deməkdir ki, bu pedlərin tərkibində kimyəvilər, sintetik liflər və neft tərkibli maddələr var. Daim istifadə edilən gigiyenik bezlərin tərkibində isə, 4 plastik torbanın tərkibində olan qədər kimyəvi maddələr var.

Sintetik və plastik tərkibli olan bu məhsullar hava axımına da mane olur. Bu isə, genital bölgədə istiliyin artmasına, infeksiyaların və genital göbələyin yaranmasına səbəb olur. Əgər bezlərdə xüsusi ətirlər də əlavə edilibsə, bu zaman mənfi təsirlər daha çox olur.

Həkim qeyd edir ki, gigiyenik bezlər qızların mensturasiya dövrünün başlanğıcından klimaks dövrünə qədər istifadə edilir. Bu da təxminən 40-50 il deməkdir. Buna görə də qadınlar bez seçərkıən daha diqqətli olmalıdırlar.

Gigiyenik bezlərin faydası varmı?

Həkim bildirir ki, gigiyenik bezi bütün gün saxlamaq olmaz. Əgər deyildiyi kimi 3 saatdan bir dəyişdirilirsə, bu zaman mənfi təsirlər olmur. Ancaq bir bez bütün gün saxlanırsa, bu zaman müxtəlif infeksiyalar meydana gələ bilər.

Yumurtalıq, uşaqlıq boyun xərçəngi, süd vəzisi xərçəngi, hormon pozuntusu, sonsuzluq və s. xəstəliklər gigiyenik pedlərdən düzgün istifadə edilmədiyi zaman yarana bilən xəstəliklərdir.

“Bezləri bütün gecə saxlamayın, ən az gecədə 3 dəfə dəyişin. Gündəlik bezlərdən bacardıqca az istifadə edin. Edirsinizsə, 2 saatdan bir dəyişin. İstifadə etdiyiniz bezlərin tərkibinin orqanik olduğuna əmin olun. Vaginal sağlamlıq üçün genital bölgəni təmiz və quru saxlayın. Dar geyimlərdən, sintetik maddələrdən hazırlanmış geyimlərdən uzaq olun. Qidalanmanıza diqqət edin”.

İlahin, Bizimyol.info

Paylaş »
››› "Sui-qəsddən sonra daha çox təcrid olunub" - Hakimiyyət dəyişikliyi gözlənilir
››› Zelenskidən Putinə açıq hədə: "O, nə baş verdiyini başa düşmür..."
››› Türkiyə siyasətçisindən obrazlı etiraflar
››› Putinin yaxın adamı istintaqda hökumət üzvlərini "satıb"
››› “Azov”un əsirlikdə olan komandirindən xəbər var: "Özü haqqında danışdı və əlaqə kəsildi"
››› İcra başçısı əlili məhkəməyə verib: "Yanğın olsa, otur evdə, FHN gəlib səni qurtarar"
››› "Hər gülləni izləyirlər" - NATO-nun Ukraynaya yardım mərkəzi necə işləyir
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »