Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda ərzaq ehtiyatlarına nəzarət hansı səviyyədədir...
Azərbaycanda ərzaq ehtiyatlarına nəzarət hansı səviyyədədir...

“Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı sistemində ərzaq ehtiyatlarının operativ monitorinqləri aparmaq üçün yeni informasiya sistemi yaradılır”.

Yuxarıdakı açıqlamanı mətbuata Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə bildirib. O, əlavə edib ki, yaxın vaxtlarda artıq həm soyuducu anbarlarda, həm də taxıl elevatorlarındakı ehtiyatlarla bağlı olan məlumatları hər ay operativ şəkildə əldə etmək mümkün olacaq.

  • “Ərzaq ehtiyatları” dedikdə, nə başa düşülməlidir?
  • Operativ monitorinqlər nədir və hansı qaydada aparılır?
  • Yeni informasiya sisteminin yaradılması zəruri idimi?
  • Bu sistemin yaradılması ilə bağlı dövlət büdcəsindən vəsait ayrılıbmı?
  • Bu günə qədər ehtiyatlarla bağlı məlumatlar hansı sistemlə və hansı üsullarla əldə edilirdi?
  • Bu yeni sistem yalnız taxıl ehtiyatlarınamı aiddir?

Kənd Təsərrüfatı Nazirliyi nümayəndəsinin mətbuata verdiyi açıqlamanı bir qədər asanlaşdırmaq və qaranlıq qalan məqamları öyrənmək üçün Nazirliyin Mətbuat Xidməti və həmçinin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə ilə əlaqə saxladıq. ATM direktoru Bizimyol.info saytına açıqlamasında bildirib ki, Operativ informasiya sistemi sayəsində anbarlarda olan ehtiyat ərzaqlar barədə aylıq məlumatlar əldə edilə biləcək:

Firdovsi Fikrətzadə Firdovsi Fikrətzadə

“Bu, Operativ İnformasiya sistemidir və cənab Prezidentin fərmanına əsasən, müvafiq qanunvericilik bazası yaradılıb ki, anbarlar və taxıl elevatorlarının ehtiyatlarına dair elektron kənd təsərrüfatı sistemində olan qeydiyyatdan keçib, ordakı ehtiyatların aylıq hərəkəti ilə əlaqədar məlumat toplanacaq. Bu da bizə imkan verəcək ki, hər ay ərzində, hər ayın əvvəlində mövcud ehtiyatların həcmi ilə bağlı operativ informasiyaya malik olacağıq. Bu, təkcə taxıl ehtiyatlarına yox, ümumiyyətlə anbar ehtiyatlarında hansılarki var, məsələn, kartof,soğan və başqa ərzaq ehtiyatlarına da şamil olunur. Yəni digər ehtiyatlar barədə də aylıq informasiya əldə olunacaq” 

ATM direktoru yaradılmış yeni Operativ İnformasiya Sistemi üçün dövlət büdcəsindən hər hansısa vəsaitin ayrılmadığını da bildirib: “"Elektron Kənd Təsərrüfatı" İnformasiya sistemi çərçivəsində proqram təminatı hazırlanıb. Hal-hazırda o məlumatların, biznes subyektlərinin anbarlarda qeydiyyat sistemi mərhələsi başlayıb. Əvvəllər BMT-nin “Ərzaq və Kənd Təsərrüfatı” təşkilatının metodologiyasına uyğun olaraq, ilin sonuna qalan statistik məlumatlar çıxarılırdı. Hansı ki, o ehtiyatlara dair məlumatlar Statistika Komitəsinin saytında da var, yəni orda “ilin əvvəlinə qalan qalıqlar” barədə məlumat yer alır. Əvvəllər illik əldə edilən məlumatlar artıq "Elektron Kənd Təsərrüfatı" İnformasiya sistemi vasitəsilə aylıq əldə ediləcək”

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »