Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yuxuda od-alov görmək nəyin əlamətidir - Yuxuyozma
Yuxuda od-alov görmək nəyin əlamətidir - Yuxuyozma

Bəzən şirin bir yuxusunun ortasında ayılırıq, yuxunun davamını görmək üşün yenidən yatmağa çalışırıq. Bəzən isə, yuxudan dəhşətli şəkildə oyanıb, həmin gecəni yata bilmirik. Yuxular bizim şüuraltının bizə verdiyi mesajdır. Olacaqlardır. Xəbərdarlıqdır. Bu gün Bizimyol.info saytı olaraq yuxuda od-atəş görməyin yozumunu açıqlayacağıq.

Yuxuda od-atəş görməyin müxtəlif yozmaları var:

  • Yuxuda od-atəş görmək, gözlənilməyən hadisələrin baş verəcəyinə işarədir.
  • Yuxuda od-atəş görmək; xəbər, qorxu, döyüş, əzab, həbs, zərər, günah və bərəkətə işarədir.

Yuxuda od söndürmək

  • Yuxuda od söndürdüyünü görən şəxsin qisməti açılacaq. Od-alov söndürmək yaxşı xəbərlərə işarədir.
  • Soba və ocaqdakı od-alovu söndürmək can sıxıcı xəbərə işarədir.
  • Zərər verən od-alovu söndürmək yaxşılığa yozulur.
  • Yuxuda od söndürən şəxs baş verəcək fitnə-fəsadın qarşısını alacaq.

Yuxuda od-alovda isinmək

  • Yuxuda qışda alovla isindiyini görən şəxs cənnətə gedər.
  • Böyük bir yanğının başladığnı görən şəxs, nüfuz sahibi biri ilə bir münasibət quracaq.
  • Yaxın ocaqda isinmək qorxu və sıxıntıya, qışda ocaqda qızınmaq var-dövlətə işarədir.
  • İnsan ürəyini yandıran bir atəş görmək qara sevdaya yozulur.
  • Ağacları yandıran alov, dəyərli bir insanınızın ölümünə işarədir.

Yuxuda alov yandırmaq

  • Yuxuda alov yandırmaq böyük güc və dəstək mənasına gəlir.
  • Yuxuda alov yandıran öz zəkası ilə bacarıqlı olacaq.
  • Yuxuda atəşin göyə yüksəldiyini görmək müharibə xəbərçisidir.
  • Evin qarşısında müşahidə edilən dumansız atəş, Həccə getməyə işarədir.
  • Yuxarı yüksələn alov, kütləvi çirkin davranışlara yozulur. Od-alov parlaq və yararlı atəşdirsə, sevincə işarədir.
  • Yuxuda dağda alov yandıran şəxsə verilən vəd yerinə yetiriləcək.

  • Yuxuda alov parçası yemək, yetim malı yediyinə işarədir.
  • Yuxuda ağzında alov çıxdığını görmək, yalan və iftiraya işarədir.
  • Bir dənizə alovun düşdüyünü görmək, həmin ərazidə xalqa zülüm verildiyinə işarədir.
  • Bilinməyən bir yerdəki alov, dinsizliyə yozulur.
  • Alovun içinə yıxıldığınızı görmək sıxıntıya düşəcəyinizə işarədir.
  • İnsanlara od-alov vermək, davranışlarınızla insanlara zərər verəcəyinizin xəbərçisidir.
  • Alovda yemək bişirib yemək, gözəl sözlər eşidəcəyinizə işarədir.
  • Yuxuda göydən alov yağdığını görmək, duaların qəbul edildiyinə işarədir.
  • Göydən gələn od-alovun heç kimi yandırmadığını görmək, yer üzünə İlahi bir əzabın gələcəyinə işarədir.
  • Dumanlı alov, fəlakət və ya bir problemlərlə qarşılaşacağınızın xəbərçisidir.
  • Yuxuda tonqal başında rəqs etmək, xoş bir xəbər alacağınıza işarədir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »