Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İslam şəriətində zinanın hansı növləri var...
İslam şəriətində zinanın hansı növləri var...

İslama görə cinsi pozğunluğun başında zinakarlıq dayanır. Zinakarlıq dedikdə, bir kişinin bir qadınla nikahsız və ya qanunsuz olaraq cinsi münasibətdə olması başa düşülür.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, hədislərdə sadalanan “Böyük günahlar” arasında zinanın çox çirkin, cəmiyyətin və ailə münasibətlərinin təməl sütunlarını sarsıdan, mənəvi mədəniyyəti dağıdan bir əməl kimi xarakterizə edildiyini görürük. Qurani-Kərimin “əl-İsra” surəsinin 32-ci ayəsində zinanın son dərəcə pis yol olduğu belə bildirilir: “Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!”

Fəlsəfə doktoru İbrahim Quliyev Fəlsəfə doktoru İbrahim Quliyev

Hədisi-şərifdə isə deyilir: “Zinanın altı pis xüsusiyyəti vardır ki, onun üçü bu, üçü də axirət dünyasına aiddir. Bu dünyaya aid olan xüsusiyyətləri üzün nurunu aparır, yoxsulluğa səbəb olur və ömrü qısaldır. Axirətə aid xüsusiyyətləri Allahın qəzəbinə səbəb olur, haqq-hesabı çətinləşdirir və Cəhənnəmdə əbədi qalmağa səbəb olur.”

Ayə və hədislərdən də göründüyü kimi, İslamda qanunsuz cinsi münasibət haramdır və ən böyük günahlardandır. Zina insanlarda imanı zəiflədib aradan aparan haram hərəkətdir. Cəmiyyətin əsası olan ailə institutunun müqəddəsliyini zədələyən, qurulmasına maneə törədən, xoşbəxtliyi yox edən, nəsillərin gələcəyini şübhə altına alan, cəmiyyətdə qadınları ticarət obyektinə çevirən, anası və ya atası müəyyən olmayan və ana-ata şəfqətindən məhrum problemli uşaqların artmasını ortaya çıxaran, ailələr arasında münaqişələrə, cinayətlərə, xüsusilə də ölümcül sifilis və AİDS kimi xəstəliklərə səbəb olan, yəni dünya həyatını məhv edib və axirət əzabını artıran bir bəd əməldir.

İlahiyyatçı bildirir ki, müasir dövrün həkimlərinin də verdikləri məlumata görə, zöhrəvi xəstəliklərin ən dəhşətliləri sifilis, süzənək və başqa bu kimi xəstəliklərdir ki, bu xəstəliklər də təsadüfi yaxınlıqlar nəticəsində yaranır. Vaxtında düzgün müalicə aparılmadıqda xəstəlik uzun sürür, xəstənin əmək qabiliyyəti itir və bəzən əlilliyə səbəb olur.

“Tədqiqatlardan məlum olur ki, zöhrəvi xəstəliklərə tutulanların 80%-dən çoxu sərxoş olduqları vaxt yoluxublar. Çünki sərxoş adamda cinsi tələbatını təcili surətdə yerinə yetirmək istəyi yaranır ki, bu zaman da o, müqabil tərəfin kim olduğuna əhəmiyyət vermədən onunla əlaqədə olaraq zöhrəvi xəstəliyə yoluxur. Bu xəstəliklərin profilaktikası və ləğvi üçün ilk növbədə ailədəki cinsi tərbiyəyə diqqət yetirmək və cinsi tərbiyə məsələsində dini qanunlara əməl etmək lazımdır. Allah insanları təsadüfi cinsi əlaqədən qorumaq və onları bu əxlaqsızlıqdan xilas etmək üçün cinsi pozğunluğun ən pis formasını məhz zinakarlıqda görmüş və bunun göndərilmiş bütün peyğəmbərlərin dilləri ilə qadağan olduğunu bildirib” - deyə İ.Quliyev əlavə edib.

Onun sözlərinə görə, zinakarlığın çoxlu sayda ictimai fəsadları vardır. Aparılan tədqiqatlardan da məlum olur ki, qeyri-qanuni cinsi münasibətlər zamanı QİÇS xəstəliyinə düçar olanların sayı günbəgün artır. Ancaq zina əməlinə düçar olmuş insanlar İslamın göstərişlərinə əməl etsələr, əlbəttə ki, belə ağır və rüsvayedici xəstəliklərə düçar olmazlar. Həmçinin, dinimizin zinakar üçün nəzərdə tutduğu cəzalar insanlara çatdırılsaydı, bəlkə də heç kəs belə haram əməllə məşğul olmazdı. Zinanın ictimai fəsadlarına toxunarkən deyə bilərik ki, əgər İslamın mütərəqqi qanunları cəmiyyətə hakim olsaydı, onda bu qədər şəhvət yaradan filmlər, iffətsiz və utandırıcı şəkillərlə dolu olan nəşrlər və günaha səbəb olan digər məkanlar olmazdı, digər tərəfdən də cavanların yoxsulluğu onları subay qalmağa məcbur etməzdi. Bunu da xüsusi olaraq qeyd edəki ki, zina hər nə qədər böyük və məhvedici bir cinayətdirsə də, zina edənlər tövbə edə bilərlər. Allah da onların tövbəsini qəbul edər.

İlahiyyatçı vurğulayıb ki, İslam şəriətində zinanın müxtəlif növləri var:

  • Lutçuluq (homoseksuallıq)

    İslam dinində qadağan edilmiş zina kimi baş cinsi haramlardan biri də homoseksuallıqdır. Buna şəriətdə lutçuluq deyilir. Çünki bu əməllə məşğul olan ilk kəslər Lut peyğəmbərin qövmü olmuşdur. Qurani-Kərimin “əş-Şüəra” surəsinin 165-166-cı ayələrində homoseksuallığın əsla uyğun hesab edilmədiyi və əzabının nə dərəcə böyük olduğu ən aşkar şəkildə vurğulanaraq belə bəyan edilir:

    “Doğrudanmı, siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz? Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz (günah etməklə) həddi aşan bir camaatsınız!”

    Bundan başqa aşağıdakı “Əraf” və “Hud” surələrindəki ayələri oxumağımız kifayət edəcək. Ayələrdə bilvasitə olaraq Məhəmməd peyğəmbərin ümmətinə də qadağan edilib. Bu haqda İmam Cəfər Sadiq belə buyurmuşdur: “Qiyamət günü Allah üç şəxslə danışmayacaq və onların günahlarını bağışlamayacaqdır. Onlardan biri də homoseksuallıqla məşğul olanlardır.”

  • Lezbiyanlıq (müsahəqə)

    İslam dinində homoseksuallar kimi haram qılınan böyük cinsi günahlardan biri də lezbiyanlıq hərəkətidir. Buna İslam şəritəində “müsahəqə” deyilir. Haram olan bu cinsi pozğunluq heç şübhəsiz ki, Allahın qurduğu cinsi qanuna ziddir, nəsili kəsmək, həqiqi cinsi təminatdan uzaqlaşaraq nəfsə zülm etmək və qadın cəmiyyətini cinsi anarxiyaya sürükləmək olduğu üçün haram qılınmışdır. Lezbiyanlıq haqqında Quranda ayənin olub-olmamasına gəldikdə, Mənbələr “əl-Fürqan” surəsinin 38-ci ayəsində keçən “Əshabir-rəss” ifadəsinin buna aid olduğunu bildirir. Bu haqda Hişamdan belə rəvayət edilir:

    “Bir nəfər İmam Cəfər Sadiqdən “əshabi-rəss” haqqında soruşduqda, İmam dedi: “onlar bir-birləri ilə cinsi münasibətdə olan qadınlar idi.”

  • Zoofiliya (heyvanlarla cinsi əlaqə)

    Heyvanlarla cinsi əlaqədə olmaq İslam dinində böyük günahlardan biridir. Qəti şəkildə qadağan edilmiş bu cür cinsi əlaqənin cəzaları da ağırdır. Həzrət Peyğəmbər bir hədisində belə buyurur:

    “Allah yaratdığı insanlardan yeddi zümrəyə yeddi qat səmanın üzərindən lənət etdi. Onlardan biri də heyvanlarla cinsi təmasda olandır.”

  • Qiyadəçilik (pozğunxana yaratmaq)

    Cinsi pozğunluq sahəsində ən böyük günahlardan biri də əxlaqsız yuvaları təşkil etmək, insanları bu işə həvəsləndirməkdir. Buna şəriətdə “qiyadə” (fahişə başı) deyilir. Deməli, qiyadə şəri bir termin olub kişi və qadınları pozğunluq üçün bir yerə toplayan və yaxud da bu məqsədlə onlardan mənfəət götürən deməkdir. Müsəlman alimlərinə görə, bu işlə məşğul olan şəxsə “qəvvad” deyilir və işindən tövbə etmədiyi təqdirdə kişi və qadın olmasından asılı olmayaraq ciddi şəkildə cəzalandırılır.

    İmam Əlidən belə nəql edilir ki, həzrət Peyğəmbər ona buyurmuşdur:

    “Ey Əli, bu ümmətdən on təbəqə Allaha qarşı küfr ediblər. Onlardan biri də qəvvaddır.”

İslam dini, insanların cinsi sabitliyi və xoşbəxtliyini məqsəd qoyduğu üçün və cinsi sahədə də qulluq etmələrini istədiyi üçün cinsi haramlara aparacaq hər cür sözləri, yazıları, şəkilləri və filmləri qadağan etmişdir.

İlahin, Bizimyol.info

Paylaş »
››› "Sui-qəsddən sonra daha çox təcrid olunub" - Hakimiyyət dəyişikliyi gözlənilir
››› Zelenskidən Putinə açıq hədə: "O, nə baş verdiyini başa düşmür..."
››› Türkiyə siyasətçisindən obrazlı etiraflar
››› “Azov”un əsirlikdə olan komandirindən xəbər var: "Özü haqqında danışdı və əlaqə kəsildi"
››› Putinin yaxın adamı istintaqda hökumət üzvlərini "satıb"
››› İcra başçısı əlili məhkəməyə verib: "Yanğın olsa, otur evdə, FHN gəlib səni qurtarar"
››› "Hər gülləni izləyirlər" - NATO-nun Ukraynaya yardım mərkəzi necə işləyir
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »