Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hillari Klinton Donald Trampla yenidən seçki yarışına qatılacaq...
Hillari Klinton Donald Trampla yenidən seçki yarışına qatılacaq...

ABŞ-da sosial media istifadəçiləri 2024-cü ildə Donald Tramp və Hillari Klinton arasında yenidən prezidentlik yarışının keçiriləcəyi iddiasını müzakirə mövzusu ediblər.

Bizimyol.info xəbər verir ki, ABŞ-da keçirilən sorğunun nəticələrinə görə, hazırkı prezident Co Bayden və vitse-prezident Kamala Harrisin nüfuzu yüksək inflyasiya və epidemiya ilə mübarizə səbəbindən 33 faizə düşüb.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp isə hər fürsətdə Baydenin səhv addımlarını xüsusi vurğulayaraq, onun 2024-cü ildə yenidən ceçkilərə girmək ehtimalını azaldır.

Douglas E.Schoen və Andrew Stein çərşənbə axşamı "Wall Street Journal"da Klintonun siyasi qayıdışının mümkün olacağını bildirib. "Hər şey demokratların bu ilki aralıq seçkilərində necə çıxış etmələrindən asılı olacaq", - deyə hesabatda vurğulanıb.

“Demokratların 2022-ci ildə Konqresə nəzarəti itirməsi ehtimalını nəzərə alsaq, Klintonun özünü demokratlara yeni və daha uğurlu şəkildə rəhbərlik edə biləcək təcrübəli namizəd kimi göstərməyi başlayacağını proqnozlaşdırmaq olar”, - ekspertlər yazır.

WSJ-yə danışan iki demokrat məmur, partiyada Trampı məğlub etməyi Hillari Klintondan başqa heç kimin bacarmayacağını söyləyib.

Nəzərə alsaq ki, Bayden sekinin qalibi olarsa, ikinci müddətinin sonunda onun 86 yaşı olacaq. Müzakirə iştirakçıları arasında hazrkı prezidentin yenidən seçilməsi ilə bağlı inamsızlıq var.

Klinton isə hazırkı prezidentdən gənc olmasında üstünlüyə malikdir, lakin bu revanş üçün o qədər də böyük fərq deyil. 2024-cü ilin noyabrında qalib gəlsə və növbəti ilin yanvarda vəzifəsinin icrasına başlayarsa, onun 77 yaşı tamam olacaq. Bayden prezidentlik yarışında qalib gələn zaman 78 yaşı var idi.

ABŞ mətbuatında yer alan xəbərə görə, Hillari Klinton namizədliyini irəli sürmək niyyətindədir. O, Bayden hakimiyyətinin dağıldığını bilir.

Trampa qarşı təlatümlü seçki fırtınasının yenidən baş verə biləcəyi deyilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »