Ankarada psixoloji problemləri olduğu üçün molla yanına aparılan Özge Nur Təkin, şeytan çıxarma seansı zamanı həyat yoldaşı Səlcuq Təkinin kürəyinə 100 dəfə oxlovla vurması və döyməsi nəticəsində həyatını itirib.
Bizimyol.info xəbər verir ki, Tekinin ölümü şübhəli bilindikdən sonra polis prokurorluğa məlumat verib. Özge Nur Tekinin meyidinə baxış keçirilib. Bu zaman kürəyində, qollarında hicama kəsiklərinə bənzəyən yaralar aşkar edilib və prokurorluq araşdırmalara başlayıb.
İstintaq çərçivəsində saxlanılan Selçuk Tekin 8 ay əvvəl evləndiyi Özge Nur Tekinin birinci həyat yoldaşından bir övladı olduğunu, evliliklərinin 6-cı ayından problemlər yaşamağa başladıqlarını bildirib. Səlçuk Tekin vəziyyəti ailəsinə və həyat yoldaşının ailəsinə izah etdiyini, Kayseridə olan molla Erdal Kayaya anasının tanışı vasitəsilə getdiklərini söyləyib.
"Arvadını cinlər təqib edib, dediklərimi etsən onu xilas edəcəm" dedi. Əvvəlcə telefonla namaz qıldı, həyat yoldaşım sanki rahatlaşdı. Ancaq bir müddət sonra yenidən zəng etdim və "əvvəl arvadına 1 qurban kəsəcəksən" dedi. Daha sonra isə, onun 23 kəffarə orucunu tutmasını istədi.
Günlərlə yüngül, lakin hiss edilən bir şəkildə dua oxuyarkən 100 dəfə arvadımın kürəyinə və baldırına oxlovla vurdum. Otaqda yoldaşımın ailəsi və mənim ailəm də var idi. Bu arada “çıx çölə, cindən çıx” deyə hamımız səsləndik.
Sonra isə, Sevim Özbaş adlı qadını evimə gətirdim ki, yoldaşımı hicama etsin”.
Sözdə molla olan Erdal Kaya isə sənayedə qaynaqçı işlədiyini, öz dini bilgisi olduğu üçün insanlara nəsihət verdiyini, heç vaxt kimsədən pul almadığını və baş verən hadisədə heç bir günahı olmadığını bildirib.
Qeyd edək ki, hadisə ilə bağlı 6 nəfər ədliyyəyə sövq edilib. Prokurorluq gənc qadının həyat yoldaşı Səlcuq Tekin və daha 5 nəfəri həbs tələbi ilə növbətçi Sülh Cinayət Hakimliyinə göndərib. Məhkəmə nəzarət tədbirləri tətbiq olunduqdan sonra şübhəlilər sərbəst buraxılıb. İstintaqı tamamlayan prokurorluq, Səlcuq Təkinə qarşı “arvadını qəsdən yaralamaq nəticəsində ölümə səbəb olmaq” və 5 nəfərə “cinayətdə iştirak etmək” ittihamı ilə ittiham aktı çıxararaq, 12 ildən 18 ilə qədər həbs cəzası istəyib. İddianamə Ankara 1-ci Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib və iddia qaldırılıb.
Leyla, Bizimyol.info