Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bülent Ersoyun Anıtkabir ziyarəti ilə bağlı istintaq başladıldı
Bülent Ersoyun Anıtkabir ziyarəti ilə bağlı istintaq başladıldı

Türkiyənin məşhur müğənnisi Bülent Ersoy, konsert üçün getdiyi Ankarada Türkiyə Cümhuriyyətinin qurucusu Başkomandan Marşal Mustafa Kamal Atatürkün məzarını da ziyarət edib.

Bizimyol.info xəbər verir ki, əlil arabası ilə Anıtkabirə gələn Bülent Ersoyun görüntüləri sosial mediada gündəm olub. Belə ki, yağışlı havada getdiyi Anıtkabirdə Bülent Ersoyu əlində çətirlə xüsusi formada olan hərbçi müşayiət edib. Xüsusi formada oaln şəxsin onu çətirlə müşayiət etməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb və etirazlara səbəb olub.

Əldə edilən məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyi də sözügedən görüntülərlə bağlı olaraq, araşdırmaya başlayıb.

Qeyd edək ki, “Diva” ləqəbli Bülənt Ersoydan reaksiya doğuran görüntülərlə bağlı hələlik açıqlama verilməyib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »