Azərbaycan və Qazaxıstan arasında hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa olunur.
Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından verilən məlumata görə, bu gün Bakı vaxtı ilə saat 12:55-də Nur-Sultan-Bakı istiqaməti üzrə uçan təyyarə Bakıya eniş edib. Reys Qazaxıstanın "Air Astana" şirkəti tərəfindən yerinə yetirilib.
Qeyd olundu ki, bu istiqamət üzrə növbəti reys yanvarın 16-da yerinə yetiriləcək və təyyarə Bakıya saat 21:50-də eniş edəcək.
Hava limanından bildirilib ki, bu həftə cədvələ görə, Almatı-Bakı istiqaməti üzrə üç reysin həyata keçirilməsi nəzərdə tutulub – cümə axşamı, cümə və bazar günləri. Lakın onların yerinə yetirilib-yetirilməyəcəyi barədə dəqiq məlumat yoxdur.
"Bu reyslər cədvəldə nəzərdə tutulub, lakin onların yerinə yetirilməsi barədə dəqiq bir məlumat yoxdur. Çox güman ki, bu reyslər yenidən təxirə salınacaq", - aeroportdan bildirilib.(apa)