Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əmək haqqı artımı kimlərə şamil olunacaq?
Əmək haqqı artımı kimlərə şamil olunacaq?

Dövlət sektorunda çalışan insanların əmək haqqlarında artımlar edildi. Bu artımlardan sonra nədənsə vətəndaşlar arasında belə bir fikir formalaşıb ki, dövlət sektorunda çalışan hər bir şəxisn əmək haqqı 20 faiz artacaq. Əslində isə bu 20 faiz artım yalnız nəzərdə tutulmuş şəxslər üçündür.

İqtisadçı Nemət Əliyev Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, dövlət sektorunda çalışanların əmək haqlarının artırılması ilə bağlı qərar yoxdu ortalıqda.

Nemət Əliyev Nemət Əliyev

“Biz müşahidə etdik ki, əmək haqlarının minimum məbləğinin artırılması ilə bağlı qərar qəbul olundu. Bu qərar minimum əmək haqqı səviyyəsindən aşağıda olanlara və birdə əmək haqlarının artımı vahid ştat cədvəli tənzimlənən şəxlərin əmək haqqısına təsir edəcək. Yəni, minimum əmək haqqı 20 faiz artırılsa da bu o demək deyil ki, həmin adamların əmək haqqı artımı 20 faiz olacaq. Bu artımın yalnız 300 manatdan aşağı əmək haqqı alanlara təsiri olacaq, yuxarı alanlara isə bu və ya digər dərəcədə əmək haqqı arımı ilə təmin olunacaq. Bu, vahid ştat cədvəli ilə tənzimləndiyi üçün artım olacaq.

Bunun ümumtəhsil məktəblərində və peşə təhsil məktəblərində çalışanlara aidiyyatı yoxdur. Onlarla bağlı konkret 20 faiz artımlar nəzərdə tutulub”.

İqtisadçının sözlərinə görə, dövlət sektorunda 800000 insan çalışır və onların əmək haqqı artımları çox aşağı şəkildə olacaq.

“Bir sözlə elə təsəvvür yaranmasın ki, dövlət sektorunda çalışanların hamısınının əmək haqqısı 20 faiz artacaq. Toplu şəkildə əmək haqqı artımları hardasa 8-9 faiz arasında olacaq.

Ölkənin qeyri-dövlət sektorunda çalışan kəsimin əmək haqqı artımlarına gəldikdə isə onlara da əmək haqqının minimum səviyyəsinin artımı ilə bağlı verilən qərar təsir göstərəcək. Qeyri-dövlət sektorunda 300 manatdan aşağı əmək haqqı alanların sayı azdır. Qalan insanlar isə Allahın ümidinə buraxılıb. Taleylərinin necə olacağı bilinmir. Ola bilsin ki, özül sektorda fəaliyyət göstərən hansısa sahibkar insaflı davransın və əmək haqlarında biraz artım etsin. Yəni, bu, onların insafına qalıb. Hazırda isə xərclərin artırılması ilə bağlı sahibkarlar da diqqətdi bu tərəfə yönəldirlər və deyir lər ki, “bizim imkanımız yoxdur əmək haqqını artırmağa””.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Görüntülərin ünvanı bəlli oldu: "Bilmirik, bu uşaqla necə mübarizə aparaq" - Video
››› "Sonuncu dalğanı da yola salıb koronavirus məsələsini bitirəcəyik"
››› Müəllimləri hədələyən qalmaqallı şagird barədə DİN-dən açıqlama - Video
››› "Bu, "Azəriqaz"ın çörəyinə bais olmaqdır.., yanan zibilə nə sayğac qoyacaqsan?"
››› Arxasınca iki qadın “Sən getdin, elə bil dünya boşaldı” deyirdi... - İslam Rzayevi anırıq
››› 2022-ci ildə daşınmaz əmlak qiymətlərində hansı dəyişiklik gözlənilir
››› Azərbaycanda pensiyaya çıxma şərtləri yumşaldıla bilər
Son xəbərlər
Bütün xəbərlər »