Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kadırov: İstədiyiniz qanun və qaydalarla günahkar olduğumu sübut edin
Kadırov: İstədiyiniz qanun və qaydalarla günahkar olduğumu sübut edin

Çeçenistanın rəhbəri Ramzan Kadırov sosial şəbəkələrdə qonşu İnquşetiya hökumətinə və xalqına müraciət edərək, üç gün ərzində inquş xalqından ona qarşı ittiham irəli sürməyi tələb edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat verib.

“İnquş xalqından artıq dərəcədə xahiş edirəm. Əgər mən sizin düşməninizəmsə, günahımın və cəzanın dərəcəsini müəyyən edin. Mənə nə etmək istədiyinizi söyləyin: döyün, qovun, öldürün. Rusiya dövlətinin qanunlarına və ya şəriət qanunlarına uyğun olaraq nədə günahkar olduğumu əsaslandırın və bütün adət-ənənələrimizə riayət edərək ailəmə, ağsaqqallara müraciət edin, rəsmi şəkildə cəzanı təqdim edin”, - deyə Kadırov bildirib.

O əlavə edib ki, İnquşetiya nümayəndələrinə ona qarşı ittiham irəli sürmək üçün üç gün vaxt verir. Kadırov qeyd edib ki, o, həm bütün inquş xalqının, həm də ayrı-ayrı adların tələblərini nəzərə almağa hazırdır.

Bundan əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov İnquşetiya ilə razılaşmanın əleyhdarlarını təhqir etdiyinə görə üzr istəyib.

İnsident Koronavirusla Mübarizə üzrə Operativ Qərargahın iclası zamanı baş verib. Çeçenistan rəhbəri qonşu İnquşetiyaya yardım məsələsini qaldırıb, inquşlarla çeçenlərin qardaş olaraq qaldığını deyib, əksini düşünənləri söyüb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »