Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saxta əlillik dərəcəsi verən komissiya üzvlərinin cinayət işləri yekunlaşıb
Saxta əlillik dərəcəsi verən komissiya üzvlərinin cinayət işləri  yekunlaşıb

2021-ci il ərzində müxtəlif tibb müəssisələrinin həkim məsləhət komissiyalarının üzvləri tərəfindən ayrı-ayrı şəxslərə müvafiq əlillik dərəcələrinin verilməsi məqsədi ilə təyin edilmiş diaqnozların saxtalaşdırılması faktları əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işlərinin ibtidai istintaqı yekunlaşıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Baş prokurorluğun mətbuat xidməti məlumat verib.

Bildirilir ki, həmin işlər üzrə aparılmış istintaqla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ-in 15 saylı şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasının üzvləri Mehparə Məmmədova və Könül Sultanovanın öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək fəaliyyət göstərdikləri Komissiyaya müraciət etmiş şəxslərə əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədi ilə onların xəstəlikləri barədə məlumatları bilərəkdən ağırlaşdırıb təhrif edilmiş formada rəsmi elektron informasiya resursuna daxil etmələrinə, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühim zərər vurmalarına əsaslı şübhələr müəyyən olunub.

Hər iki vəzifəli şəxs Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, cinayət işləri aidiyyəti üzrə məhkəməyə göndərilib.

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »