Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Konqres Putinə qarşı yeni sanksiyaların tətbiqini təklif edib
Konqres Putinə qarşı yeni sanksiyaların tətbiqini təklif edib

Robert Menendesin başçılıq etdiyi bir qrup Demokrat senatorun Ukrayna ətrafında gərginliyin artacağı təqdirdə Rusiyaya qarşı yeni sanksiyalara dair qanun layihəsi təklif edib.

Bizimyol.info xəbər verir ki, mətbuatda layihənin mətni yayılıb.

Sənəddə Rusiya prezidenti Vladimir Putinə, eləcə də baş nazirə, xarici işlər nazirlərinə, Müdafiə Nazirliyinə, RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə və hərbi rəhbərliyin digər nümayəndələrinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.

Layihə “2022-ci ildə Ukraynanın suverenliyinin qorunması haqqında qanun” adlandırılıb. Qanun layihəsini qəbul etmək üçün onu Konqresin hər iki palatası təsdiq etməli, sonra isə imzalanmaq üçün dövlət başçısı təsdiq etməlidir.

Ağ Ev daha əvvəl qanun layihəsini dəstəklədiyini açıqlamışdı. “Biz senator Menendezin Rusiya iqtisadiyyatı üçün ciddi xərclərə səbəb olacaq təşəbbüsünü dəstəkləyirik. Bu, həm də Rusiyanın işğala cəhd edəcəyi halda təhlükəsizliyin təmin edilməsi üçün Ukraynaya əlavə yardımın göstərilməsinə şərait yaradacaq.

Biz Konqreslə Rusiyanın potensial xərclərini artırmaq üçün hazırlanan layihələri işləməyə davam edəcəyik”, - deyə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horn "Twitter"də yazıb.

Bizimyol.info

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
››› Nazirlik telefonlara qarşı savaş açır: Tədrisə qayğı, yoxsa "güzgünü sındırmaq"
Son xəbərlər
Bütün xəbərlər »