Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hansı bürc nə zaman və hansı niyyətlə ailə qurar - Ulduz falı
Hansı bürc nə zaman və hansı niyyətlə ailə qurar - Ulduz falı

Ailə həyatı qurmaq...

İnsanlar müxtəlif səbəblərdən ailə həyatı qurur. Kimi illərlə doğru insanı gözləyir, kimi gözlənməyən bir vaxtda evlənir. Bəziləri kömək etmək üçün, bəziləri kömək alamaq üçün ailə həyatı qurar.

Bəziləri isə “Mən heç vaxt ailə qurmayacağam” deyib qarşına ailəli şəkildə çıxar.

Yəni insanlar, onların ailə həyatına, sevgiyə baxışları müxtəlifdir. Bu müxtəliflik isə onların doğulduğu bürclərin xüsusiyyətlərindən irəli gəlir. Gəlin bürclərə nəzərə salaq, görək hansı bürc niyə və nə zaman evlənir...

Qoç - Bu işarə altında doğulanlar fərqli xarakterli insanlarla münaisbətlərin bütün formasını yoxlayıb bu fərqlilikdən bezdiyi zaman evlənməyə hazır olduğuna inanır. “Kaş ki, tezliklə aşiq olub, həyatıma sevdiyim insanla davam edə bilsəydim” deyir. Çılğın xarakterə sahib olan Qoçlar hər zaman evlənmək potensialı daşıyır. “Sağ göstərib, sol vurmaq” məhz onun xasiyyətidir.

Buğa - Bu işarə altında doğulanlar istənilən an ailə həyatı qura bilər. Əlbəttə ki, pulu olsa. Axşam evə qayıdan zaman rahat, ləzzətli yemək yeməyi arzulayan Buğanın maddi vəziyyəti yaxşıdırsa, hər an evlənə bilər. Buğalar düşünür ki, əgər pulu varsa, evlilikləri də xoşbəxt və sağlam olar. Buna görə də maddiyyat Buğa üçün çox önəmlidir.

Əkizlər - Əkzilərin bir adama bağlanmaqda problemi var. Xoşuna gələr, sevər, aşiq olar, amma heç cür özünü ona tam aid hiss edə bilməz. Hər zaman beynində “getmə” fikri olduğu üçün evliliyə qərar verməkdə çox çətinlik çəkərlər. Amma həyatlarında hərtərəfli bir şahzadə tapdıqları zaman yaşları 50-ni aşsa belə, evlənərlər.

Xərçəng - Hədədn artıq duyğusal, həssas və kövrək olan bu insanlar onları duyğusal olaraq dəstəkləyən, güvəndə hiss etdirən birini tapdıqları zaman evlənər və özlərinə yeni bir həyat inşa edə bilərlər. Bəzən isə heç bəlli olmaz, güvənə də ehtiyac duymaz, aşiq olub evlənərlər. Hər kəs onun bu addımı qarşısında çaşıb qalar.

Şir - Hər zaman təriflənmək üçün yaşayan Şirlər onu davamlı tərifləyən birini tapdığı zaman ailə qurar. Bir də əgər dəli kimi aşiq olubsa, kimsə qarşısını ala bilməz. Əgər sevdiyi insanın pulu varsa, “sakitlik, rahatlıq bu insandadır” deyib evlənər. Yaxşı yaşamaqdan zövq alırlar Şirlər.

Qız  - Çalışqandır, xırdaçıdır, diqqətli olub uğur pillələrini sürətlə addımlayar. Özü üçün müəyyən bir hədəfə çatmayana qədər bir münaisbət haqqında düşünməz. Vasvası olması başına bəla olar. “Bunun xalı var”, “ o birinin saqqalı”, “o birisi sarışındır” deyib münasibətə girməz. Axtardığı eşqi gec tapar Qızlar. Amma nə olursa olsun, evlənər, düzənli yaşamağı sevər.

Tərəzi - Həqiqi sevginin olduğuna inanır və həmin sevgini tapdığı zaman evlənər. Sadəcə, kor-koranə aşiq oldu deyə evlənməz. Həyatını birləşdirəcəyi şəxs məntiqinə də uyğun olmalıdır. Onunla balanslı ünsiyyətdə olmalı, intelekktual baxımdan bir-birinə uyğun gəlməlidirlər. Axı bundan sonra həyatını onunla keçirəcək. Ancaq bəzən dəli kimi aşiq olub ertəsi gün evlənə bilər.

Əqrəb - Özünü ailə həyatına hazır hiss etdikəri zaman evlənər. Başqa heç bir qüvvə onu evlənməyə mcbur edə bilməz. Hər nə qədər münasibətlərində sadiq olsalar da, əgər özlərini evliliyə hazır hiss etmirlərsə, bpyük bir mübarizəyə başlayar, evlənməmək üçün hər yola əl atarlar. İdarəetməni əlində saxlamaq istəyən bu adamlar evliliyə hazır olduğunu sevgilisinə mütləq hiss etdirər.

Oxatan - Oxatanın həyatı boyu yaaşdığı ən böyük problemlərdən biri də bağlanma problemidir. Gəzməyi sevən, azadlıq hissini boğmayan, istiqanlı birini tapdığı zaman evlənməyi düşünə bilər.

Amma bağlanmaqdan qorxduğu üçün dəfələrlə evlənməkdən vaz keçər. Çətinliklə evlənər.

Oğlaq - Oğlaqlar iki səbəbdən evlənər. Ya yaşı artdığı üçün evlənər, ya da qarşısındakı ilə maddi vəziyyəti eyni olarsa... Yəni özündən az imkanlısını yaxına buraxmaz. Dəli kimi aşiq olub evlənsə də, romantizmin yaxınlığından da keçməzlər. Evliliyi “olmalıdır” kimi görərlər.

Dolça - Birinə kömək etmək istəyirsə, niyə evlənməsin ki? Bəzən bir ailə dostu ilə və yaxud sevgilisindən ayrılmış biri ilə heç bir tərəddüd etmədən evlənər. Bütün addımlarını məntiqlə atdığı üçün eşq evliliyi etməz, onsuz da bağlanmaq ona görə deyil. Məntiq insanı olduğu üçün evləndiyi şəxsi dostu kimi görməsi vacibdir.

Balıq - Xəyal, duyğusallıq, romantika... Yəni duyğularına görə davranır. Kimsə Balığın nə zaman evlənəcəyini təxmin edə bilməz. Onun üçün önəmli bir şey var - hissləri. Əlində olan ən böyük reallıq da hissləridir. Nə zaman evlənəcəyinin önəmi də yoxdur onun üçün. Hissləri ilə yaşayacaq və hissləri nə zaman hökm edərsə, o zaman qərar verəcək.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »