Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ev şəraitində rütubətin ölçülməsi
Ev şəraitində rütubətin ölçülməsi

Həkimlər yaşadığımız mənzilin, evin səhhətimizdəki problemlərə, xəstəliklərə birbaşa təsirinin olduğunu bildirirlər. Sual verə bilərsiniz ki, necə? Çox sadə. Evin rütubətinin az və ya çox olmasının bizim orqanizmimizə təsiri böyükdür.

Pediatr Nurəngiz Hacıyeva bildirir ki, evin rütubəti idealda 40-60 % hesab edilir. 40-dan aşağı və 60-dən yuxarı olarsa, otaqda mühitin ideal olmadığını göstərir.

Nurəngiz Hacıyeva Nurəngiz Hacıyeva

“Havada su hissəcikləri var. Havada həll olan həmin suyun vəziyyəti otağın temperaturundan asılıdır. Nəmlik çox və ya az olanda bu proses pozulur. Nəmlik dərəcəsinə hətta evdəki insan və dibçək sayı təsir edir. Quru havada isə selikli qişalar quruyur. Normada uşagın nəfəs alması üçün ağciyərlərdə nəmlik 100 % olmalıdır. Otaqda isti və quru hava olarsa, mikroblar yaxşı inkişaf edir. Hava quru olduqda uşaq selikli qişaları nəmləndirmək üçün çoxlu maye itirir”.

Həkim bildirir ki, mənzildə havanın rütubətini ölçmək üçün çox sadə üsula əl ata bilərsiniz.

“1 stəkana ağzına kimi su doldurub, soyuducunun buzluğuna yerləşdirin. 30 dəqiqədən sonra soyuducudan çıxarıb, otaqda kondisionerden uzaq bir yerə qoyun. Stəkanın qırağında buzun əriməyə başlama vaxtına diqqət edin. Bu dövr 10-15 dəqiqədən az çəkirsə, otaqda hava qurudur və nəmləndirmək lazımdır. 15 dəqiqədən gec əriyirsə, demək otaqda nəmlik yüksəkdir. Yox əgər buz 15-ci dəqiqədə əriməyə başlayırsa, otaqda nəmlik normaldır”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »