Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Giveaway” yarışlarının sonu yaxınlaşır: "İndi onların bazarı öləcək"
“Giveaway” yarışlarının sonu yaxınlaşır: "İndi onların bazarı öləcək"

Son illərdə sosial şəbəkələrdə yaranmış “Giveaway” yarışlarının sayı günbəgün artmaqdadır. Bu yarışlar sadəcə blogerlərin yox, bir çox məşhur simaların da üz tutduğu marketinq kampaniyasıdır. Bu barədə dəfələrlə mübahisəli nəticələr və oyunlarda qaliblərin düzgün seçimlər nəticəsində təyin olunmasına inanmayanların sayı xeyli olsa da görünən odur ki, bu marketinq kampaniyası hələ də aktiv olaraq qalmaqdadır.

İT mütəxəssisi Səkinə İlqarqızı məsələ ilə bağlı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, artıq bu oyunların sonu yaxınlaşıb.

Səkinə İlqarqızı Səkinə İlqarqızı

“Bir çox biznes qurucuları sosial şəbəkələrdən istifadə edir, blogerlər tərəfindən yarışlar təşkil edilirdi. Bu yarışlar vasitəsi ilə həmin profilləri izləyənlərin sayını artırırdılar. Bilirsiniz ki, yarışlara qatılanlar qalib olmaq üçün bir neçə saxta profillə qoşulurdular. Lakin indi həmin yarışların bazarı öləcək. Çünki bu yarışlara qoşulan insanların saxta profilləri ləğv ediləcək”.

İT mütəxəssisinin sözlərinə görə, artıq iki aya yaxındır ki, bu yarışlarda iştirak edən profillər və onların qoşulduları biznes səhifələrində çox böyük ucurum baş verib.

“Həmin o qoşulan səhifələr birdən-birə deaktiv olmağa başlayır. Təsəvvür edin ki, axşam səhifəsində 90 min olan insan səhər durub görür ki, artıq 70 min insan qalıb. Səhifədə bir gecədə 20 min insanın azalması çox böyük itkiyə səbəbdir. Həmin biznes səhifəsi real olsa da statistika da azalır. Hətta bu biznes səhifəsinin reklamlarına da blok qoyula bilər.

Bu səbəbdən də rəqəmsal marketinqdə biznesi inkişaf edən adamlardan saxta profillərlə artım etməkdən uzaq durmağı tövsiyyə edirəm. Bu cür tədbirlər düzgün sayılmır. Real alıcı bazarına real reklam verdikdə də artım etmək mümkündür. Təbii ki, bu peşəkarlar tərəfindən edilməlidir. Bu sahə İT-yə yaxın olsa da, bu sahədə də biliksiz, savadsız insanlar mövcuddur. Həmin insanlar biznesi uçuruma apara bilərlər. Onun üçün də onlayn biznes sahibkarlarını ehtiyyatlı olmağa çağırıram”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »