Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Poroşenko: Hakimiyyət məni hava limanında həbs etməklə qorxutmasın
Poroşenko: Hakimiyyət məni hava limanında həbs etməklə qorxutmasın

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko yanvarın 17-də Kiyevə qayıtmaq niyyətini təsdiqləyib və hakimiyyəti hava limanında həbs etməklə onu qorxutmamağa çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Avropa Həmrəyliyi Partiyasının mətbuat xidməti "Facebook"da yazır.

2021-ci il dekabrın 17-də Poroşenko ölkəni tərk edərək, Türkiyə və Polşaya səfərləri əvvəldən planlaşdırılan diplomatik tura çıxıb. Daha sonra deputat vətənə yanvarın 17-də qayıdacağı barədə açıqlama vrib.

Poroşenkonun vəkilləri və tərəfdarları eks-prezidentin xarici səfərinin əvvəlcədən planlaşdırıldığını dəfələrlə bəyan ediblər.

Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti bildirmişdi ki, prokurorluq məhkəmədən Poroşenkonun vətənə xəyanət işi üzrə həbs edilməsini xahiş edəcək və ona təxminən 37 milyon dollar girov qoyulması ilə məhkəməyə qədər sərbəst qalacağı mümkün olacaq.

Ukraynanın “Avropa Həmrəyliyi” partiyası bunu siyasi repressiya hesab edir. Bir sıra Ukrayna KİV-lərinin məlumatına görə, Kiyev Peçersk Məhkəməsi Poroşenkonun məhkəməyə gətirilməsi və barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün onun həbsinə icazə verib.

“Bankovaya (prezident aparatı – red.) məsləhət görürəm ki, qeyri-qanuni kənar müşahidə və dinləmələrə pul xərcləməsin – sizi hər addım barədə məlumat verəcəyik.

Mən də səlahiyyətlilərə məsləhət görmürəm ki, məni birbaşa hava limanında həbslə qorxutmasınlar. Mən yanvarın 17-də səhər saat 9-da qayıdıram ", - partiyasının mətbuat xidmətindən verilən məlumata görə bunu sabiq prezident deyib.

Partiyanın məlumatına görə, Poroşenko Varşavadan adi təyyarə ilə Ukraynaya qayıdacaq.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »