Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Möcüzə baş verməyəcək, qəti addımlar atmalıyıq"
"Möcüzə baş verməyəcək, qəti addımlar atmalıyıq"

“Ermənistan Rusiyanın və Fransanın sifarişlərini yerinə yetirir. Belə ki, onlara vəziyyətin daha da gərginləşdirilməsi və Türk qanının tökülməsi ilə bağlı sifarişlər verilib. Əgər gərginlik davamlı olarsa, ATƏT-in Minsk qrupu yenidən bölgəyə gəlməlidir”.

Bu sözləri Bizimyol.info saytına açıqlayan hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, Ermənistan bununla yalnız bölgədə gərginliyin daha da artmasına çalışır: “Onsuz da Kəlbəcəri geri ala bilməyəcəklər. Onlara lazımdır ki, hərbi toqquşma baş versin və qan tökülsün. İrüvan hakimiyyəti heç vaxt öz əsgərlərinə hörmət qoymayıb. Ermənistan Kəlbəcərdəki hərbi postlarımıza ona görə atəş açır ki, bizim əsgərlər də onlara cavab versin, bununla atəşkəs pozulsun və ara qarışsın. Ermənistan bu addımı Rusiya və Fransanın sifarişi əsasında atır. Burada ABŞ-ın da barmağının olduğu nəzərə çarpır”.

Üzeyir Cəfərov Üzeyir Cəfərov

Yanvarın 11-i gecə saat 23:20 radələrindən başlayaraq 12-si səhər saat 05:10-dək atəşkəs rejiminin pozulduğunu söyləyən ekspert bildirdi ki, bilərəkdən ayrı-ayrı istiqamətdən təxribata cəhd edirlər: “Əsas təxribat bu gecə Tovuz istiqamətində baş verdi. Dünən gecə Kəlbəcər, ondan əvvəl Laçın, Şuşa istiqamətində atəşkəsi pozdular. Bu təxribatlar artan xətt üzrə davam edəcək. Buna görə də biz hansısa bir möcüzənin baş verəcəyini gözləməməli və qəti addımlar atmalıyıq. Rəsmi Bakı başa düşməlidir ki, bizi hansısa proseslərdən yayındırmaqla, öz çirkin əməllərinə davam etmək istəyirlər. Düzdür, Avropa İttifaqı son baş verənlərlə bağlı narahatçılığını bildirib. Qurum nəyə görə Ermənistandan beynəlxalq hüquqa hörmətlə yanaşmağlı tələb etmir. 30 il Minsk qrupunun heç bir işə yaramayan həmsədrləri bizi aldatmaqla məşğul oldular. Qurum, “sərhəddə baş verən təxribatla bağlı narahatçılığımızı bildiririk”, - deyə münasibət bildirir.

  • Təxribatı kim törədir?

Ermənistan ərazisindən bizim ərazilərə atəş açılır və heç kim bunun cavabını vermək istəmir. Yanvarın 11-də Azərbaycan Xarici işlər nazirliyi səviyyəsində qarşı tərəfə nota verildiyini söyləyən müsahibimizin fikrincə, verilən bəyanatlar və etiraz notaları əslində heç nəyi dəyişmir: “Artıq bir əsgərimiz şəhid oldu. Bu, ilk hadisə deyil axı?! 2021-ci ilə belə hadisələr mərhələli şəkildə davam etdi və şəhidlərimiz oldu. Burda tam fərqli və başqa oyunlar gedir və biz bu oyunları başa düşməliyik. Bilməliyik ki, ATƏT-in Minsk qrupu bölgəyə hansısa işi görməyə deyil, əksinə, illərlə uzatmağa gəlirlər. Bu günə qədər nə sərhədlərin müəyyənləşdirilməsi həyata keçirilib, nə də bu istiqamətdə danaşıqlar var. Bu günlərdə Türkiyə və Ermənistan nümayəndələri Moskvada görüşəcəklər və Qarabağla bağlı nə isə müzakirə olunacaq. Bunların hamısı böyük bir qovluğun içində olan ayrı-ayrı layihələrdir. Təxribatlar bundan sonra da davam edəcək, hər iki tərəf də itkilər verəcək və biz buna hazır olmalıyıq. Bir sözlə Minsk qrupunda təmsil olunan dövlətlər Qarabağ probleminin həllində maraqlı deyillər. Ancaq bo.-boş danışmaqla nəyisə həll etməyə çalışacaqlar. Reallıqda isə, Ermənistanın silahlandırılması və gücləndirilməsi prosesi gedir”.

Bütün deyilənlərdən belə aydın olur ki, II Qarabağ müharibəsinin birini məehləsi bitsə də, ikinci mərhələsi hələ də davam edir. Ermənistan hər gün və hər addımda təxribat törətməyə davam edir...

Azərbaycan prezidenti İlham Əliyevin münaqişə ilə bağlı bir fikrinə istinad edən Ü.Cəfərov bildirdi ki, münaqişə bitsə də, silahlar susmur, ordumuz yenə şəhid verir və yaralılarımız olur: “Bunun özü müharibənin əsas elementlərindən biridir. Lokal xarakterli olsa da, toqquşmalar baş verir. Bunun da sonu genişləndirilmiş əməliyyatlarla bitəcək. Böyük müharibənin baş verəcəyinə inanmıram, amma bununla belə, lokal döğyüşlər uzun müddət davam edəcək”.

  • Əgər qarşı tərəf təxribatlara davam edərsə, Minsk Qrupunun yenidən bölgəyə gəlməsi mümkündürmü?

Minsk Qrupunun artıq yenidən diriltdiklərini vurğulayan həmsöhbətimizin sözlərinə görə, təxribatlar məhz bu məqsədə yönəldilib: “Həmsədrlər əvvəlcə İrəvana, ordan da Bakıya gəlməlidir ki, bu da Ermənistana sərf edir. Onlar ötən il də çox cəhd etdilər ki, həmsdərlər yenidən bir araya gəlsinlər və va olduqlarını dünyaya bəyn etsinlər. Rusiya prezidentinin köməkçisi Peskov da, RF-nin XİN-nin rəhbəri Lavrov, qurumun sözcüsü Zaxarova verdikləri açıqlamalarda bu qrup ilə bağlı müsbət fikirlər səsləndirdilər. Mənə elə gəlir ki, bu ay ərzində həmsədrlər böllgədə peyda olacaqlar və yenə də öz köhnə oyunlarına davam edəcəklər ki, bunlarda heç zaman Azərbaycanın yararına olmayacaq. Onlar münaqişənin həllini deyil, status-kvonun saxlanılmasını istəyiblər” .

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhəddi boyunca növbəti dəfə atəşkəsin pozulması ilə bağlı məlumat yayıb. Məlumata əsasən, Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub.

“Ermənistanın xüsusi səbəb olmadan və müvafiq üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərini pozaraq iki dövlətin sərhədi boyunca vəziyyəti gərginləşdirməsi məqsədyönlü hərbi təxribat və hərbi avantüradır.

Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib. Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itki olmayıb. Hazırda qeyd olunan istiqamətlərdə nisbi sakitlikdir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır” – deyə məlumatda qeyd edilib.

Rövşən Ziya, Bizimyol.info

Paylaş »
››› Cavid Qurbanovun xətrinə qəbul edilən qanun: "Topaz" fəlakəti böyüyür...
››› "Uşaq məktəbdə reketlik edirsə, valideyni də öhdəsindən gələ bilmirsə, onda nə etməli..."
››› Mərkəzi Bankn valyuta məzənnələri
››› “Bir cənub şəhərində”: Sovet sisteminə qarşı çıxan Azərbaycan filmi...
››› Xarici vətəndaşlar Azərbaycanda daşınmaz əmlaka niyə pul xərcləmir?
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Skandinaviya ölkəsi Rusiyanın mümkün hücumunu dəf etməyə hazırlaşır
Son xəbərlər
Bütün xəbərlər »