Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ziddiyyətli açıqlamalar: Evlər ucuzlaşacaq, yoxsa bahalaşacaq?
Ziddiyyətli açıqlamalar: Evlər ucuzlaşacaq, yoxsa bahalaşacaq?

Son zamanlar daşınmaz əmlak bazarında qəribə bir tendensiya baş verir. Bazarla bağlı sözünü deyə bilən, bazarda baş verən vəziyyətləri cəmiyyətə açıqlaya bilən əmlak ekspertlərinin fikirləri aarasında böyük fikri ayrılığı müşahidə edilir. Bir ekspertin dediyini digər ekspert təkzib edir ki, bu da vətəndaşda əmlakın satışı və alışı, qiymətləri ilə bağlı fərqli fikirlər yaradır. Bir ekspertin elan etdiyi bazarda bahalaşma məlumatını digər ekspert bazarda ucuzlaşma baş verir deyə təkzib edir. Əslində nə baş verməsi isə, bütün vətəndaşlar üçün maraqlıdır.

Bizimyol.info əmlak satışı ilə məşğul olan saytlardakı qiymətləri ötən illə müqayisə edib. Belə ki, müşahidələrə görə, əmlak bazarında yeni tikilən mənzillərin qiymətində 10 faiz bahalaşma müşahidə edilir. Köhnə tikililərə gəldikdə isə, onların qiymətində ötən illə müqayisədə cüzi artım müşahidə edilir. Bu artım 1 faizi keçmir. Bakıda bağ evləri və torpaq sahələrinin qiymətlərinə gəldikdə isə, bahalaşma müşahidə edilir. Və bu bahalaşma da cüzi deyil. Təklif edilən torpaqların qiymətində keçən il ilə müqayisədə 10-15 faiz bahalaşma müşahidə edilir. Bu, daha çox “çıxarış”la satılan torpaq sahələrinə şamil edilir.

Sərəncam və ya bələdiyyə sənədi ilə təqdim edilən torpaq sahələrinin qiymətində isə, 5-10 faiz artım müşahidə edilir. Bağ evləri, villalar və həyət evlərinin qiymətində də bahalaşma var. Yəni əmlak ekspertlərinin təzadlı çxışlarına baxmayaraq, ölkədə bütün sahələrdə olduğu kimi əmlak bazarında da bahalaşma müşahidə edilir.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, hər il olduğu kimi yay aylarında torpaq sahələri, bağ evləri, həyət evlərinin qiymətində artım müşahidə ediləcək. Çünki tələb təklifi doğurur. Yay aylarında hər kəsin həyət evinə ehtiyacı olur. Buna görə də qiymət bahalaşır. Ancaq bahalaşma təkcə tələbdən irəli gəlmir. Göründüyü kimi ölkədə tikinti materiallarının, ərzaq məhsullarının qiyməti bahalaşır. Bu bahalaşma fonunda daşınmaz əmlakın qiymətində də artım görünür və bu qaçınılmazdır.

Əmlak ekspertlərinin təzadlı açıqlamalarını nəzərə alaraq vətəndaşlara tövsiyə edirik ki, qiymətləri əmlak ofisləri, əmlak saytları və təkliflə müqayisə etdikdən sonra qərar versinlər. Hansısa ekspertin "evlərin qiyməti, torpağın qiyməti aşağı düşəcək" iddiasına qapılıb gözləməsinlər. Əks halda, itirən tərəf yenə onlar olacaq.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »